Üçüncü tərəf tüstüsü  - Sağlamlığımızın görünməz düşməni
01.06.2021 13:55

Üçüncü tərəf tüstüsü dedikdə, birinin siqaret çəkməsindən sonra səthlərdə qalan nikotin və digər kimyəvi maddələrin təsiri nəzərdə tutulur. Bu zərərli kimyəvi qalıqlar daha sonra daxilə və tənəffüs yollarına qəbul edilə bilər və ya dəri səthinə düşə bilər, Belə hal bəzi xərçəng və digər ciddi xəstəliklər riskini artırır.

 

Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının kardioloqu Günay Məmmədova məlumat verib. 


Həkim bildirib ki, körpələr və kiçik yaşlı  uşaqlar əl-ağız davranışlarına görə üçüncü tərəf tüstüsünə qarşı həssasdırlar. Evdə özünüzü qorumağın yeganə yolu yaşadığınız yerdə siqaret çəkməyi qadağan etmək və əgər siqaret çəkən varsa, bu zərərli vərdişi tərgitməkdir.

 

Üçüncü tərəf tüstüsündə olan çox sayda kimyəvi maddə arasında kanserogen (xərçəngə səbəb olan) olduğu bilinən bir neçə maddə var. Üçüncü tərəf tüstüsünün kimyəvi maddələrinin ümumi daxili çirkləndiricilərlə reaksiyaya girməklə, yeni və potensial olaraq daha ciddi toksinlər əmələ gətirə biləcəyinə dair dəlillər də mövcuddur.


Narahatlıq yaradan səbəblər arasında yanacaq yanması və çirkab sularının emissiyası nəticəsində yaranan azot oksidini misal göstərmək olar. Belə ki, azot oksidi üçüncü tərəf tüstüsündəki kimyəvi maddələrlə qarışdıqda ağciyər xərçəngi, qaraciyər xərçəngi, ağız xərçəngi, mədə xərçəngi və yemək borusu xərçəngi ilə əlaqəli kanserogen nitrosamin yarada bilər.


Bundan əlavə, üçüncü tərəf tüstüsündəki kimyəvi maddələr ozonla birləşdikdə  ultra incə hissəciklərə parçalanır (yanacağın yanmasından da əmələ gəlir) və formaldehid və digər kanserogen birləşmələri ağciyərlərin daha dərin hava yollarına ötürür. Üçüncü tərəf tüstüsü ilə bağlı tədqiqatlar hələ nisbətən yenidir və hazırda bildirilən təhlükələrin çoxu daha nəzəri xarakter daşıyır.

 

Üçüncü tərəf tüstüsü ilə əlaqəli zərərlərə dair çoxsaylı dəlillər var:

 

Xərçənglər: ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) tərəfindən müəyyən edilmiş təhlükəsiz səviyyədən yüksək olan nitrosamin miqdarı, siqaret çəkənlərin evlərinin 77%-də müşahidə edilir. 2014-cü il tarixli bir araşdırmada bunun hər 1000 nəfər üçün bir xərçəng hadisəsinə çevrildiyi qənaətinə gəlinmişdir.

 

Koronar tromboz: Üçüncü tərəf tüstüsünə məruz qalan siçanlarda hemostazın pozulması və qan  laxtalanmasının arması riski müəyyən olunmuşdur. Kaliforniyanın Pomona şəhərindəki Qərb Səhiyyə Elmləri Universitetinin tədqiqatçıları bunun ürəkdəki qan axınına maneə yarada və infarktı tətikləyə biləcəyi, kəskin koronar tromboz riskini artırdığı qənaətinə gəliblər.


Qaraciyərin  piylənməsi: Heyvanlar üzərində aparılan  tədqiqatların nəticəsi göstərir ki, üçüncü tərəf tüstüsü qaraciyər hüceyrələrində yağ yığılmasını stimullaşdıraraq alkoqolsuz qaraciyər piy xəstəliyi (NAFLD) riskini artırır. NAFLD yalnız sirroz və qaraciyər xərçəngi üçün bir xəbərçi deyil, həm də ürək-damar xəstəliklərinin potensial səbəbidir.


Ümid edirik ki, bəşəriyyətin probleminə çevrilmiş bu bəladan xilas olmaq hər kəsə nəsib olacaqdır. Unutmayaq ki, tütün istifadəsi qarşısı alına bilən bir risk faktorudur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev