Endokrinoloq: "Hormonlar kifayət qədər olmadıqda və ya artıq olduqda orqanizmə mənfi təsir göstərir"
25.05.2021 13:14
Qalxanvari vəzi istehsal etdiyi hormonlar hesabına orqanizmdə maddələr mübadiləsinə cavabdehlik daşıyan unikal orqandır.
Mərkəzi Gömrük Hospitalının endokrinoloqu Naidə Novruzova bildirir ki, hormonlar kifayət qədər olmadıqda bütün maddələr mübadiləsi ləngiyir və zəifləyir. Hormonlar artıq olduqda isə maddələr mübadiləsi prosesi sürətlənir. Hər iki hal orqanizmə mənfi təsir gostərir.
- Qalxanvari vəzi sinir sisteminə təsir edir: hormonlar artıq olduqda insan qıcıqlanmış-əsəbi, həyəcanlı, kövrək olur. Qalxanvari vəzi hormonları sinir sistemini oyadır və stimulyasiya edir. Hormon kifayət etmədikdə yuxululuq, əzginlik, yorğunluq halları müşahidə olunur.
- Ürək-damar sistemi də qalxanvari vəzi funksiyasi pozğunluğunda əziyyət çəkir. Qalxanvari vəzi funksiyasının artması zamanı ürək döyüntülərinin sayının artması, sürətlənməsi, arterial təzyiqin dəyişkən olması və ritm pozğunluqları ortaya cıxır. Qalxanvari vəzi hormonu yetməzliyində isə xolesterinin yüksəlməsi müşahidə oluna bilər, bu da ürək-damar xəstəliyinin sürətlə proqressivləşməsinə gətirib çıxara bilər.
- Qalxanvari vəzi hormonlarının dəyişikliyi həzm mədə-bağırsaq sisteminə də mənfi təsir edir. Qalxanvari vəzi funksiyasının zəifləməsində öddə durğunluq, qəbzlik inkişaf edir. Qalxanvari vəzi funksiyasının artmasında isə ishal yarana bilir.
- Qalxanvari vəzi hormonlarının dəyişikliyi reproduktiv sistemə də təsir edir. Belə ki, sonsuzluq, hamiləlikdə müxtəlif problemlər yaranır. Bu vəziyyət qalxanvari vəzi funksiyasının həm zəifləməsində, həm də sürətlənməsində də rast gəlinə bilər.
- Dəri, saç və dırnaqların da vəziyyətinə qalxanvari vəzi funksiyasının pozğunluğu neqativ təsir edir. Hormon yetməzliyində saç tökülməsi, dəri ödəmi ve quruluq müşahidə olunur. Həmçinin, hava isti olsa da bele insanlar daim üşüyürlər. Hormon yüksəlməsində isə insanlar tez-tez tərləmə və daim isti olmasından şikayətlənirlər.
Bu kimi şikayətləri olanlar mütləq diaqnozu dəqiqləşdirməli və müalicəyə başlamaq üçün müayinədən keçməlidirlər. Özünümüalicə ilə məşğul olmaq yolverilməzdir, bununla insan özünə yalnız ziyan etmiş olur.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

