Biotexnologiya canlı aləmdə - Yeni dövr inqilabı
23.05.2021 15:47

Biotexnologiya biologiya və texnikanın kəsişməsində yerləşən elm sahəsi olub, insan üçün faydalı maddə və məhsulların alınma metodlarını öyrənir.

 

"Biotexnologiya" terminini ilk dəfə 1917-ci ildə macar mühəndisi Karl Ereki tətbiq etmişdir. O, donuzların şəkər çuğunduru yemindən istifadə edilməklə bəslənmə prosesini təsvir etmək üçün bu termindən istifadə edir. Erikə görə biotexnologiya "canlı orqanizmlərin köməyilə xam materiallardan bu və ya digər məhsullar istehsalı üzrə aparılan bütün işlərdir".

 

Aztibb.az xəbər verir ki, tarixi nöqteyi-nəzərdən biotexnologiyanın meydana gəlməsi mayalardan ilk dəfə pivə, bakteriyalardan isə yoqurt istehsalında istifadə edilməsindən hesablanır. Hazırda müasir dünya qlobal biotexnoloji fırtına yaşamaqdadır. Bu günün biotexnologiyası sənaye və çoxmilyonlu biznes elmidir.

 

Biotexnologiyanın əsas məqsəd və vəzifələri bioloji fəal birləşmələrin alınması (fermentlər, hormonlar, amin turşular, vaksinlər, dərman preparatları), həmçinin yeni maddə molekullarının qurulması və təbiətdə olmayan (fantastik hibrid molekulları, fantastik heyvan və bitki toxuma və orqanizmləri) yeni orqanizm formalarının yaradılmasına yönələn metod və üsulların işlənib hazırlanmasından ibarətdir.

 

Biotexnologiya ciddi tibbi problemlərin həllində, elmi tədqiqatlarda, yeni dərman və qida maddələrin istehsalında əsaslı dönüş yaradan bir sahədir. Tibbdə biotexnologiyanın istifadə olunduğu 4 əsas istiqamət vardır: diaqnoz, peyvənd, dərman və gen terapiyası.

 

2003-cü ildə bioloji elmlər üzrə keçirilən dünya forumunda biotexnologiyanın aşağıdakı təsnifləşdirici terminləri təklif olunmuşdur. "Qırmızı" biotexnologiya - bioəczaçılıq preparatları hazırlanması (proteinlər, fermentlər, monoklonal antitellər) və insan sağlamlığının təmin edilməsi ilə əlaqədardır; "yaşıl" biotexnologiya - geni dəyişilmiş bitkilərin yaradılmasına yönəlir və kənd təsərrüfatı, həmçinin meşə təsərrüfatının müasir tədqiqat metodlarını müəyyən edir; "ağ" biotexnologiya – sənaye biotexnologiyası olub, amin turşular, yem preparatları, fermentlər, zülallar, həmçinin bakterial gübrələrin istehsalı, itkilərin mühafizə vasitələri, bioyanacaq, qida məhsulları və s. istehsalı ilə əlaqədardır. "Boz" biotexnologiya - təbiəti mühafizə fəaliyyətinə yönəlməklə, buraya axıntı sularının və qaz-hava tullantılarının təmizlənməsi, torpaqların bioremediasiyası və çirklənmiş akvatoriyalara yönəlmişdir; "göy" biotexnologiya - dəniz orqanizmlərinin və xammal ehtiyatlarının istifadəsinə yönəlmişdir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev