Ramazanda baş ağrısı və miqrenin qarşısını almaq üçün nə etməli? - DİQQƏT!
27.04.2021 10:30

Ramazan ayında oruc tutan insanlar saatlarla ac qaldığından çox vaxt baş ağrısı, yaxud onun daha kəskin halı ilə üzləşirlər.

 

Aztibb.az xəbər verir ki, bu hal susuzuluq və yuxusuzluqdan, yaxud siqaret vərdişi olan insanların saatlarla siqaret çəkə bilməməsi, miqren xəstələrinin ağrıları olan halda dərman qəbul edə bilməməsi səbəblərindən də baş verir.

 

Mütəxəssislər miqren xəstələrinin iftar və sahur arasında doğru yemək və içki seçməklə ağrının qarşısını ala biləcəkləri fkrini irəli sürüblər. Baş ağrısı və miqrenin qarşısını almaq üçün oruc tutmazdan öncə kofein qəbulunun tədricən azaldılması vacib sayılır.

 

Tövsiyə olunur...

 

Xüsusilə kofeinli qidalar və içkiləri tez-tez qəbul edənlər buna 16 saatdan çox ara verdikdə narahatlıqlar başlayır. Bu vəziyyət baş ağrısı və miqrenə səbəb ola bilər. Odur ki, bunun qarşısını almaq üçün oruc tutmazdan əvvəl gündəlik rasionda kofeinin miqdarı azaldılmaqla orqanizmdə sabit qan səviyyəsi təmin edilməlidir. Mütəxəssislər miqren botoksu və radiofrekans müalicələrin də xroniki miqren xəstələrinə müsabət təsir edəcəyini bildiriblər. 

 

Dünya əhalisinin təxminən yüzdə 15-i miqrendən əziyyət çəkir. Uzun müddətdir ki, bu risk qadınlarda yüzdə 43, kişilərdə yüzdə 18-dir. Xroniki miqren isə dünyada yüzdə 1,4 ilə 2,2 arasındadır.  

 

Botoks və radiofrekans ağrını bloklayır 

 

Mütəxəssislər “Botulinum Toksin A”nın xroniki miqren xəstələrinə tətbiq oluna biləcəyini müəyyən ediblər. Eyni zamanda, sinirə radiofrekans tətbiqi də oruc tutan insanları miqren tutmalarından qoruya bilər. Miqrenli insanlar iftar zamanı bol maye içməli, yuxusuz qalmamalıdırlar. İftar və sahur arasında ən azı 2 litr maye qəbul edilməlidir. Qidalanmaya gəldikdə isə onlar üçün proteinli ve lifli qidaların daha faydalı olduğu bildirilib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev