Biologiya, aqrar və tibb elm sahələrinin əməkdaşlıq formatında fəaliyyət göstərməsi vacib məsələdir - Akademik İradə Hüseynova
26.04.2021 13:56

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (ETƏŞ) Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının ilk iclası keçirilib.

 

Aztibb.az xəbər verir ki, iclası AMEA-nın vitse-prezidenti, problem şurasının sədri akademik İradə Hüseynova açaraq ilk növbədə şuranın yaradılmasına olan ehtiyac barədə danışıb, AMEA Rəyasət Heyətinin müvafiq qərarına diqqət çəkib. O, problem şurasının 25 nəfər nüfuzlu alimdən təşkil olunduğunu qeyd edərək, toplantı iştirakçılarını şuranın tərkibi ilə tanış edib, elmi sahələr üzrə formalaşdırılmış 5 işçi qrupuna və onların üzvlərinə dair məlumat verib.

 

Akademik İradə Hüseynova şura üzvlərini təqdim edərək biologiya, aqrar və tibb elm sahələrinin qarşılıqlı əməkdaşlıq formatında fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb. Alim pandemiya dövrünün mürəkkəbliyi və ondan irəli gələn problemlərə toxunub, dünyada və ölkəmizdə bu istiqamətdə aparılan tədqiqat və tədbirlərdən söz açıb.

 

O, ilk növbədə problem şurasına müzakirə üçün təqdim olunan mövzulara operativ baxılma formasının müəyyənləşdirilməsinin, prosesin sürətli və şəffaf şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayaraq, bunun həm də mövzu adlarında təkrarlara yol verilməməsi üçün mühüm addım olacağını bildirib. Mövzu adlarının təsdiqində işlərin aktuallığına diqqət yetirilməsinin önəmini vurğulayan akademik elmi-tədqiqat işlərinin yüksək səviyyədə yerinə yetirilməsi üçün müxtəlif təşkilatlarla sıx əlaqələrin yaradılmasının, mövcud imkanlardan səmərəli istifadənin mümkünlüyünü qeyd edib. Problem şurasının sədri “Elm haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrin icrası istiqamətində problem şuralarından gözlənilən fəaliyyətlər barədə məlumat verib.

 

Sonra problem şurasının sədr müavini, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaq meliorasiyası laboratoriyasının müdiri, aqrar elmləri doktoru Mustafa Mustafayev, Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının sədr müavini, AMEA-nın müxbir üzvü Nuru Bayramov, BTEB-in Elmi şurasının sədr müavini və Genetik Ehtiyatlar İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Zeynal Əkpərov çıxış edərək prioritet istiqamətlərin inkişaf etdirilməsinin, təqdim edilən mövzu adlarının aktual olmasının, tədqiqatların səviyyəsinin günün tələblərinə uyğunlaşdırılmasının, plagiata yol verilməməsinin vacibliyini vurğulayıblar.

 

Daha sonra problem şurasının elmi katibi, Botanika  İnstitutu Mikologiya laboratoriyasının müdiri, biologiya elmləri doktoru Dilzarə Ağayeva dissertasiya mövzularının təsdiqi üçün artıq 65 iddiaçının müraciət etdiyi bildirib, işçi qruplardan daxil olmuş dörd iddiaçının mövzusunu iclas iştirakçılarının diqqətinə çatdırıb. Hər bir mövzu və iddiaçı barədə təqdimat formasında məlumat verilib. Aparılan müzakirələrdə AMEA-nın müxbir üzvü Nuru Bayramov, Botanika İnstitutu laboratoriya müdiri, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva, Mərkəzi Nəbatat Bağı Ağac və kol bitkiləri laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor Elman İsgəndər, tibb elmləri doktoru Rasim Cəfərli, biologiya elmləri doktoru Aydın Əsgərov və digərləri iştirak ediblər. Qeyd olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

 

Sonda ay ərzində bir dəfə olmaqla problem şurasının iclaslarının keçirilməsinə qərar verilib.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Ağlama səsindən xəstəliyin təyini - Körpə səslərini analiz edən süni intellekt
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Prezident elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin MƏLUMATI
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb