“Orqan bağışlanması problemi və transplantasiya” mövzusunda ELMİ KONFRANS keçirilib
20.04.2021 17:42

20 aprel 2021-ci il tarixində tibb elmləri doktoru Fəxrəddin Cavadovun 70 illik yubileyinə həsr olunmuş "Orqan bağışlanması problemi və tranplantasiya" mövzusunda elmi konfrans keçirilib.

 

Aztibb.az xəbər verir ki, “Zoom” platforması üzərindən baş tutan tədbir Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə baş tutub. 

 

Tədbirin açılış mərasimində giriş nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov konfrans iştirakçılarını salamlayıb. O, müasir tibbin ən müasir bölmələrindən biri olan transplantalogiya sahəsinin son zamanlar tibbi texnologiyaların sürətli inkişafı ilə daha da genişləndirildiyini diqqətə çatdırıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada 2018-ci ildə 146 840 orqan tranplantasiyasının həyat keçirildiyi, onların böyük bir qismini qaraciyər transplantasiyası təşkil etdiyini bildirib. Qeyd edib ki, ÜST-ün məlumatına görə, dünyada həyata keçirilən böyrək transplanatasiyalarının yalnız 36,2 faizi, qaraciyər transplantasiyalarının isə 19,2 faizi canlı insandan digər  insana əməliyyatlar vasitəsilə icra olunur.

 

Hazırda dünyada icra edilən transplantasiya əməliyyatlarının mövcud tələbatın yalnız 10 faizini ödəyə bildiyini vurğulayan C.Məmmədov onların böyük hissəsinin iqtisadi və texnoloji cəhətdən inkişaf etmiş ölkələrin payına düşdüyünü, bu ölkələr sırasında Azərbaycanın da yer aldığını  diqqətə çatdırıb.

 

Onun sözlərinə görə, Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə olaraq Azərbaycanda 1971-ci ildə akademik Mirməhəmməd Cavadzadənin rəhbərliyi ilə böyrək tranplantasiyası həyata keçirilmişdir. Həmçinin, 2008-ci ildə Cənubi Qafqaz və Mərkəzi Asiyada ilk dəfə olaraq Azərbaycanda canlı insandan digər canlı insana qaraciyər transplantasiyası icra edilmişdir. Hazırda ölkəmizdə böyrək və qaraciyər transplantasiyası əməliyyatlarının uğurla həyata keçirildiyini deyən C.Məmmədov qeyd edib ki, bu, cənab Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğı nəticəsində, eləcə də Heydər Əliyev Fondunun dəstəyi sayəsində yüksəkixtisaslı mütəxəssis həkimlərin hazırlanması, tibb müəssisələrinin ən müasir avadanlıqlarla təmin olunması sayəsində mümkün olmuşdur.  

 

Mərkəzi Gömrük Hospitalının Сərrahiyyə və orqan transplantasiyası şöbəsinin fəaliyyəti və burada icra edilən uğurlu transplantaloji əməliyyatlar barədə məlumat verən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, həmçinin  əməkdar həkim, görkəmli mütəxəssis, tanınmış alim Fəxrəddin Cavadovun səhiyyə sahəsində olan əvəzsiz fəaliyyətinə də toxunub.

 

“Əminliklə deyə bilərəm ki, Mərkəzi Gömrük Hospitalı və ölkəmizin digər aparıcı tibb mərkəzləri ürək, ağciyər və digər orqanların transplantasiyasını yerinə yetirmək üçün lazımi potensiala malikdir. Lakin hazırda Azərbaycanda donor orqan çatışmazlığı və meyitdən orqan transplantasiyasının yerinə yetirilə bilməməsi ölkədə transplantasiya sahəsində həllini gözləyən problemlərdəndir”, - deyə idarə rəisi bildirib.

 

O, əlavə edib ki, Azərbaycanda orqan bağışı və meyitdən orqan transplantasiyası ilə bağlı işlək mexanizm mövcud olmadığından ölkəmizdə ürək, ağciyər və digər orqan və toxumaların transplantasiyası həyata keçirilməməsi səbəbindən həyatını itirən insanlar var. Bu problemin hüquqi və maliyə tərəfləri ilə yanaşı, insanlar arasında təbliğatın aparılması, praktik mexanizm və prosedurların yaradılması kimi məsələlərə də diqqət yetirilməlidir. C.Məmmədov bu baxımdan tədbirin böyük əhəmiyyətə malik olduğunu vurğulayıb, konfransın işinin səmərəli olacağına, transplantalogiya və orqan bağışlanması ilə bağlı səmərəli təkliflərin hazırlanacağına əminliyini ifadə edib.

 

Sonra Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxış edərək müasir tibbin ən aktual problemlərindən biri olan orqan bağışlanması və transplantasiya məsələlərinə həsr olunmuş konfransın əhəmiyyətindən bəhs edib. Akademik bu sahənin son illər yaranmasına baxmayaraq sürətlə inkişaf etməyə başladığını bildirib. Dünyada hər bir milyon insandan 200-nün orqan transplantasiyasına ehtiyacı olduğunu vurğulayan komitə sədri bu ehtiyacın hətta səhiyyə sisteminin mükəmməl olduğu ölkələrdə belə, donor orqan çatışmazlığı səbəbindən qarşılanmadığına diqqət çəkib.

 

Son illər ölkəmizdə də orqan transplantasiyası sahəsində mühüm addımlar atıldığını deyən akademik ötən il orqan transplantasiyası üzrə qəbul edilmiş və ilin sonunda Prezident tərəfindən təsdiq edilmiş qanun layihəsi barədə məlumat verib. Ə.Əmiraslanov qanunda bütün aspektlərin, o cümlədən meyiddən orqan nəqli, donor bankının yaradılması, orqan bağışlanmasına hazırlıq prosesi, xüsusi transplantasiya klinikalarının açılması kimi məsələlərin də öz əksini tapdığını qeyd edib. Hazırda bu qanunun həyata keçirilməsi üçün icra mexanizmlərinin hazırlanmasının, təbliğat işlərinin aparılmasının qarşıda duran əsas vəzifələr olduğunu vurğulayan Milli Məclisin Səhiyyə Komitəsinin sədri çıxışının sonunda konfrans iştirakçılarına uğurlar arzu edib.

 

ÜST-ün Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı 1991-ci ildə ÜST tərəfindən Transplantasiya üzrə Rəhbər Prinsiplərin qəbul edildiyini və bu sənədin 2010-cu ildə yeniləndiyini qeyd edib. Ayrı-ayrı ölkələr arasında transplantasiya sahəsində, o cümlədən meyiddən orqan köçürülməsi sahəsində fərqliliklər mövcud olduğunu deyən H.Harmancı vurğulayıb ki, bu fərqliliklərin arxasında sosial, mədəni, dini səbəblər dayansa da, əsas faktorlar səhiyyə qurumlarına olan etimadın, güvənin təmin edilməsi, əhali arasında təbliğatın aparılmasıdır.

 

Dövlət Gömrük Komitəsi Tibb Xidməti İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, konfransın sədri Rəşad Mahmudov hazırda Azərbaycanın müasir tibbin ən sürətli inkişaf edən sahələrindən biri olan transplantalogiya üzrə istər əməliyyatdan sonra müsbət nəticələrin əldə olunması, istərsə də ölüm faizlərinin və fəsadlaşma göstəricilərinin aşağı səviyyədə olmasına görə MDB ölkələri içərisində söz sahibi olacaq bir səviyyədə olduğunu qeyd edərək EURO-Trans adlandırılan Avropanın bütün statistik nəticələrini bir araya toplayan beynəlxalq təşkilata görə, Azərbaycanın adının transplantologiya sahəsi ilə bağlı ön sıralarda yer aldığını vurğulayıb.

 

O, bu uğurda Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı transplantaloji cərrahi briqadasının da xüsusi rolundan bəhs edərək burada eyni seansda iki mürəkkəb əməliyyat – 5 yaşlı uşaq üzərində koronar by-pass əməliyyatı və qaraciyər transplantasiyası əməliyyatının uğurla icra edildiyini iştirakçıların diqqətinə çatdırıb.

 

R.Mahmudov, həmçinin mövzu ilə əlaqəli fikirlərini bölüşərək KİV nümayəndələrinin maarifləndirilməsi ilə bu problemlərin gündəmə gətirilməsi, əhalinin bu problemlərə dair daha da məlumatlandırılması, bu sahədə dövlət təminatının icbari tibbi sığorta vasitəsilə həyata keçirilməsi, transplantasiya olunan şəxslərə COVID-19-a qarşı peyvəndlərin vurulması məsələlərindən danışıb.

 

Sonra Azərbaycan səhiyyəsi və tibbinə böyük töhfələr vermiş Fəxrədddin Cavadovun fəaliyyətinə dair film nümayiş olunub.

 

Konfransda Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi "Ölkəmizdə orqan transplantasiyasında 10 illik təcrübə", Türkiyənin ilk orqan nəqli koordinatoru, Şişli Florence Nightingale Xəstəxanasının həkimi Ata Bozoklar "Orqan və toxuma transplantasiyası işinin inkişafında orqan bağışlanması və mərkəzləşdirilmiş koordinasiya xidmətinin əhəmiyyəti. Bu sahədə Türkiyə təcrübəsi", Mediland Hospitalının direktoru, anestezioloq-reanimatoloq Qulam Rüstəmzadə "Beyin ölümü diaqnozu kriteriyaları: diaqnoz necə və kim tərəfindən qoyulmalıdır?”, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov "Orqan bağışlanması: psixoloji faktorlar; problemlər, perspektivlər", Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov "Zəif nöqtəmiz haradadır? Problemə tibbi, hüquqi, etik, iqtisadi və sosial baxış" mövzularında məruzələrlə çıxış ediblər.

 

Sonra Fəxrəddin Cavadovun oğlu Gülmirzə Cavadov çıxış edərək 30 ildən çox səhiyyə sahəsində xidmətlər göstərmiş, inqilabi yeniliklərə imza atmış F.Cavadovun ölkəmizdə transplantasiya sahəsində yeni kadrların yetişdirilməsində xidmətlərindən danışıb, tədbirin təşkilatçıların öz təşəkkürünü bildirib, transplantalogiya sahəsi üzrə problemlərin həlli istiqamətində çalışan hər kəsə uğurlar arzu edib.

 

200-dən çox yerli və beynəlxalq mütəxəssisin iştirak etdiyi konfransda müzakirələr aparılıb, dinləyicilərin sualları cavablandırılıb.

 

ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Bundan sonra işə qəbul və sürücülük vəsiqəsi əldə etmək üçün tibbi arayışlar elektron olacaq
Səhiyyə Nazirliyi akademik Zərifə Əliyevanın 101 illiyi münasibətilə fleşmob təşkil edib
Şəkərli diabet xəstəliyinin əlamətləri nələrdir?  
8 yaşlı uşaq üzərində icbari tibbi sığorta ilə qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Məlahət Əzizova
Salyanda göz müayinəsi aksiyası təşkil olunub
ATU-nun əməkdaşları Beynəlxalq Sitopatoloji Konqresdə iştirak ediblər
YAP Xətai rayon təşkilatının Diaqnoz Tibb Mərkəzində yeni ərazi partiya təşkilatı yaradılıb
Psixoloq: Autizm sahəsində peşəkar mütəxəssislərin tədris prosesinə cəlb edilməsi mütləqdir - MÜSAHİBƏ
Fizioterapevt və reablitoloqların ilk konfransı təşkil olunub