Quduzluq təhlükəsi - Necə qorunmalı?
14.04.2021 13:53

İnsanlar quduzluğa qarşı təbii, məhdud həssaslığa malikdir. Yoluxma zamanı infeksiyanın inkişaf ehtimalı dişləmin lokalizasiyası və zədələnmənin dərinliyindən asılıdır.

 

Aztibb.az xəbər verir ki, yoluxma klinik halların 1/3-ində vəhşi heyvan dişləməsi nəticəsində baş verir. Qalan hallarda isə insanda quduzluğun yaranmasının günahkarları ev heyvanları və sığırlardır.

 

Quduzluq virusu orqanizmə zədələnmiş dəridən daxil olur və sinir liflərilə yayılır. Bundan başqa, virusun orqanizmdə qan və limfa cərəyanı ilə yayılması da mümkündür.

 

Xəstəliyin patogenezində əsas rolu virusun sinir hüceyrələrinin asetilxolin reseptorlarını bağlaya bilmək və reflektor oyanıqlığı yüksəltmək, sonda isə iflicə səbəb olmaq qabiliyyəti oynayır.

 

Virusun baş və onuğa beynin hüceyrələrinə siraət etməsi nəticəsində xəstələrdə beynə qansızma, beyin toxumasının ödəmi, nekrozu və degenerasiyası inkişaf edir.

 

Quduzluğun inkubasion dövrü 2 həftədən  bir neçə  aya  qədər davam edə bilər. Nadir hallarda inkubasion dövr 1 ilə qədər uzana bilər.

 

Virus insan orqanizminə 2 yolla düşə bilər: 1 – quduz heyvanın dişləməsi nəticəsində; 2 – xəstəliyə yoluxmuş heyvanın ağız suyunun insanda olan açıq yaraya dəyməsi nəticəsində! 

 

İnsan orqanizminə düşmüş quduzluq virusları sinirlər vasitəsilə mərkəzi sinir sisteminə doğru hərəkət edir, artıb çoxalır və mərkəzi sinir sistemini məhv edir.

 

İnsanlarda xəstəlik xəstə heyvan dişləməsindən dərhal sonra başlamır. Xəstəliyin bir neçə gündən başlamış, bəzən 3-4 aya qədər davam edən inkubasion (simptomsuz, əlamətsiz) dövrü var. Xəstəliyin inkubasiya dövrünün uzunluğu heyvanın insanı dişlənmə nahiyəsindən asılıdır. Dişlənmə nahiyəsi nə qədər mərtkəzi sinir sistemini yaxındırsa, xəstəliyin inkubasion dövrü bir o qədər qısa olur. 

 

Xəstəliyin insanda da inkişafının 3 mərhələsi var: 

 

1- ci mərhələ – depressiya mərhələsidir

 

2- ci mərhələ psixomotor oyanma, qıcıqlanma mərhələsidir.

 

3- cü mərhələ – paralic, koma mərhələsidir. 3- cü mərhələ ölümlə nəticələnir. 

 

Xəstəlik inkişaf etməyə başlayanda ilk öncə yarada qızarma, narahatlıq yaranır. Daha sonra bədən hərarəti bir qədər yüksəlir, depressiv hal müşahidə olunur. Yuxu pozulur, xəstə qorxulu yuxular görür. Xəstəliyin ikinci mərhələsi xəstələrin sudan, işıqdan qorxması ilə başlayır. Xəstələr su içmək istəyəndə boğazlarında spazm olur, panika başlayır. Xəstələr işıqdan, səsdən dəhşətli qorxurlar, qıcolmalar olur. Xəstələr öz paltarlarını cırırlar, ətrafdakılara hücum etməyə çalışırlar, dişləməyə can atırlar, idarəedilməz olurlar. Son mərhələdə xəstə hərəkətsizləşir, bədən hərarəti 40 dərəcəyə qədər qalxır, ürək və tənəffüs dayanmasından xəstələr ölür. 

 

Xəstəliyin aktiv əlamətlərinin başladığı 5-8 gün ərzində xəstələr ölür. Uşaqlarda isə xəstəlik daha sürətli inkişaf edir, bəzən bir gün ərzində ölürlər. 

 

Vaxtında tibbi yardıma müraciət etdikdə və profilaktik tədbirlər aparıldıqda infeksiyaya yoluxmuş insanda quduzluq xəstəliyi inkişaf etmir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev