Astiqmatizmin müalicəsində hansı üsullardan istifadə olunur?
13.04.2021 13:04

Astiqmatizm buynuz qişa və ya büllurun qeyri-sferik formaya malik olması ilə səciyyələnən refraksiya pozğunluğudur. Bu zaman işıq şüalarının səpələnməsi və torlu qişada təsvirin təhrif olunması baş verir. 1 dptr-dan yüksək olan astiqmatizm görmə qabiliyyətinin pozulması, əşyaların bulanıq təsviri, baş ağrıları, zehni fəaliyyət zamanı yorğunluq, qaşüstü nahiyədə diskomfort hissi ilə təzahür edir.

 

Aztibb.az xəbər verir ki, astiqmatizmin diaqnostikası oftalmoloqun konsultasiyası, görmə itiliyinin yoxlanılması, refraksiyanın müayinəsi (skiaskopiya, refraktometriya), biomikroskopiya, oftalmometriya, oftalmoskopiya, gözün USM-i, kompüter keratotopoqrafiyasından ibarətdir.

 

Astiqmatizmin müalicəsində eynək və kontakt linzalarla korreksiya, LASİK üsulu ilə lazer korreksiyası, astiqmotomiya, fakik linzaların implantasiyasından istifadə olunur.

 

Astiqmatizm əlamətləri

 

Astiqmatizm bir qayda olaraq, məktəbəqədər və ya erkən məktəb yaşlarında aşkarlanır. Belə uşaqlar oxşar hərfləri səhv salır və ya sözlərdə yerini dəyişir, eləcə də görmə qabiliyyətinin zəif olmasından, əşyaların təsvirinin bulanıq olmasından, baş ağrılarından, qaşüstü nahiyədə diskomfort hissindən şikayətlənir. Astiqmatizm üçün gözlərin tez yorulması, gözlərdə «qum dənəcikləri» hissi ilə özünü büruzə verən astepeniya və uzun müddət eyni eynəkdən istifadə zamanı görmənin pisləşməsi ilə əlaqədar eynək şüşələrinin tez-tez dəyişdirilməsi xarakterikdir.

 

Astiqmatizmin əlamətləri az spesifikdir; xəstəliyin erkən mərhələlərdə işıq şüalarının fokuslanması azacıq dəyişdiyindən, belə hallar adətən yanlış olaraq, göz yorğunluğu kimi qəbul edilir. Görmə dəqiqliyinin pozulması (əşyaların  deformasiyalaşmış, bulanıq şəkildə görünməsi); gözlərdə ağrı, qızartı, göynəmə hissi; kitab oxuma, kompüterdə çalışma zamanı gözlərdə ikiləşmə, hər hansı bir obyektə qədər olan məsafənin təyininin çətinləşməsi astiqmatizmdən xəbər verə bilər.

 

Astiqmatizmin növləri

 

Əsas meridianların (gözün perpendikulyar müstəviləri) refraksiyasından asılı olaraq, düz (vertikal meridianın sındırma qüvvəsinin üstünlüyü), əks (horizontal meridianın sındırma qüvvəsinin üstünlüyü) və çəp oxlarla astiqmatizm ayırd edilir.

 

Bundan əlavə, astiqmatizmin düzgün və qeyri-düzgün olmayan növləri qeyd olunur. Düzgün astiqmatizm zamanı iki əsas meridian bir-birinə perpendikulyar, qeyri-düzgün formada isə çəp yerləşir.

 

Yaranma vaxtına əsasən astiqmatizmin 2 növü ayırd edilir: anadangəlmə (düzgün) və qazanılmış (qeyri-düzgün). 0,5-0,75 dptr həddində olan anadangəlmə astiqmatizm fizioloji hesab olunur – belə hallarda görmə itiliyində heç bir pozğunluq baş vermir, korreksiyaya ehtiyac yaranmır. Qazanılmış astiqmatizmin bütün formaları patoloji sayılır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib