Qara çay orqanizmi tonusda saxlamağa kömək edir
01.04.2021 09:20

Çay kamelia sinensis bitkisinin qurulmuş yarpaqlarına isti su tökmək, çay yarpaqlarını dəmləmək və suya təam və ətir verməklə hazırlanan içkidir. Çayın tərkibində faydalı minerallar və C vitamini var. O, ürək-damar xəstəliklərinə yaxşı təsir edir, həzm prosesini asanlaşdırır, dişləri çürüməyə qoymur. Amma bəzən yayda çay içməkdənsə su içməyə üstünlük verənlər də olur.

 

Mütəxəssislər bildirirlər ki, çay içməyin mövsümü yoxdur, əksinə sərinlik gətirən vasitədir. Bir fincan isti çaydan sonra dərinin temperaturu 1-2 dərəcə endiyinə görə orqanizmdə sərinlik yaranır.

 

Həkimlərin dediyinə görə, hazırda pandemiya dövründə tez-tez çay içmək daha yaxşı olar.

 

Aztibb.az-ın məlumatına görə, həkim-diyetoloq Ləman Süleymanova AZƏRTAC-a bildirib ki, çay içmək tənəffüs yollarında hüceyrə mübadiləsinin intensiv getməsinə kömək edir, xəstəliklə mübarizəni asanlaşdırır, soyuqdəymə hallarında tərlədici və stimullaşdırıcı vasitə hesab olunur: "Qara çayın tərkibində tanin maddəsi var, onun antioksidant dəyəri yüksəkdir və orqanizmi tonusda saxlamağa kömək edir. Çayı yeməkdən yarım saat əvvəl, iki saat sonra qəbul etmək məsləhətdir. Dəmir defisitli anemiyadan əziyyət çəkənlər çay və qəhvə kimi içkilərdən az istifadə etməlidirlər".

 

Çayın dadına və ətrinə onun sortundan və keyfiyyətindən başqa suyun da yaxşı olması təsir edir. Dəmlənmiş çay çox qalanda ətrini və rəngini dəyişir, vitaminlər aktivliyini itirir. Təbii və təzə dəmlənmiş çay həm sağlamlığa, həm də əhval-ruhiyyəyə müsbət təsir göstərir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib