Tibb zəlisinin ağız suyunda olan hirudinin müalicəvi əhəmiyyəti var - Həkim-fitoterapevt
31.03.2021 15:36

Bır sıra xəstəliklərin müalicəsi zamanı bitki və heyvan mənşəli preparatlara üstünlük verilir. Bəzən də birbaşa canlıların özündən istifadə olunur. Zəli ilə müalicə də belə üsullardan biridir.

 

Aztibb.az xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib. O, bildirib ki, Azərbaycan faunasında zəlinin ümumilikdə 18 növü məlumdur və onlardan üçü Xəzər dənizində, 15-i isə daxili su hövzələrində qeydə alınıb. Ümumiyyətlə, təbiətdə zəliyə əsasən göllərdə, bataqlıqlaşmış su hövzələrində, çaylarda, bəzən də durğun sularda rast gəlmək mümkündür. Təəssüf ki, hazırda Azərbaycanın daxili su hövzələrində tibbi zəli ilə bağlı vəziyyət heç də ürəkaçan deyil.

 

O, deyib: “20-30 il əvvəl daxili su hövzələrində zəli adi növ kimi qeydə alınırdısa, indi bunu söyləmək çox çətindir, çünki onun yaşayış mühitində tibb zəlisi ya qeydə alınmır, ya da tək-tək fərdlərə rast gəlinir. Bunun əsas səbəbi zəlinin say normativini müəyyən etmədən əhali tərəfindən qeyri-qanunu şəkildə tədarük olunması və müxtəlif yollarla ölkədən çıxarılmasıdır. Digər səbəblərə zəlinin yaşayış mühitinin antropogen amillərin təsirinə məruz qalması, ekoloji tarazlığın pozulması və çirklənmə kimi səbəbləri göstərmək olar”.

 

Həkimin dediyinə görə, vəziyyət bu cür davam edərsə, tibb zəlisi ölkəmizin “Qırmızı kitab”ına daxil edilə bilər. Onun əhəmiyyəti barədə danışan mütəxəssis deyib: “Tibb zəlisinin ağız suyunda bir çox aktiv bioloji fermentlər var və elmdə onların cəmi 20 faizinin tərkibi öyrənilib. Həmin maddələrdən ən məşhuru hirudindir. Hirudin qanın laxtalanmasının qarşısını alır, damarlarda qan təzyiqini azaldır, xoraların, eroziya olunmuş sahələrin bərpasında çox böyük rol oynayır”.

 

Demək olar ki, bir çox apteklərdə zəli satışına rast gəlinir. Müsahibimizin dediyinə görə, lakin onların heç də hamısı tibb zəlisi deyildir. “Təbiətdə tibb zəlisinə bənzər başqa zəlilər də var. Lakin onu yalnız mütəxəssis ayırd edə və zəlinin təyinat əlamətlərindən istifadə edərək onları müəyyənləşdirə bilər”.

 

Həkim-fitoterapevt qeyd edib ki, zəli vasitəsilə müalicə çox səmərəli olsa da, onu hər xəstəyə təyin etmək olmaz: “Zəli ürək-damar problemləri, uroloji, ginekoloji problemi və dəri xəstəlikləri olanlara tətbiq edilir. Hipertoniya, yüksək təzyiqi olanlara da zəli müalicəsi təyin olunur. Lakin hamilə qadınlara, onkoloji və şəkərli diabetdə insulinə keçən xəstələrə, həmçinin dəridə ekzema xəstəliyi olanların onunla müalicəsi məsləhət görülmür”.

 

Əgər qan azdırsa, başgicəllənmə, ürək bulanması əmələ gələ bilər və bunların olmaması üçün zəli təyin edilmir. Onun dediyinə görə, zəli istifadə edildikdən sonra mütləq paketlənərək atılmalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama