Koronavirusun müalicəsi zamanı ən çox təkrarlanan SƏHVLƏR
22.03.2021 17:55

Pandemiya başlayan gündən bəri insanlar eyni səhvləri təkrar edirlər. Qızdırma başlayan kimi antibiotik qəbul edirlər. Bu səhv ucbatından həm müalicə zamanı problemlər yaranır, həm də antibiotikin yan təsirlərinə görə xəstələrin vəziyyəti ağırlaşır. Antibiotiki şəkərli diabet, immun çatışmazlığı olan xəstələrə yazmaq olar (mümkün qədər gec). Bu, ən həssas məqamdır. Həkimlər belə xəstələrə individual olaraq antibiotikin başlanma tarixini seçə bilər.

 

Aztibb.az xəbər verir ki, həkim-anestezioloq Şahin Məmmədov koronavirusun müalicəsi zamanı ən çox təkrarlanan səhvlər barədə etdiyi paylaşımda belə deyib.

 

O, bildirib ki, poliklinika həkimləri aspirin kardio, kardiomaqnil kimi preparatları lazım olsa da, olmasa da xəstələrə yazırlar. Nəzərə almaq lazımdır ki, COVID-19-un yaratdığı koaqulopatiyada trombositlərin heç bir “günahı” yoxdur. Aspirin trombositə qarşıdır. Aspirin yalnız əvvəlcədən başqa problemə görə ömürlük aspirin içməli olan xəstələrə təyin edilməlidir:

 

"Risk qrupundan olan xəstələrə antikoaqulyant verilməlidir. (yalnız kleksan, yaxud heparin). Əgər pasiyent lazımsız yerə aspirin içibsə, trombositopeniyaya görə antikoaqulyantlar qanaxmalar yarana bilər.

 

Sistem o xəstələrə ehtiyatla tətbiq olunur ki, onlar heç cür su içə bilmir. Ya içdiyini qaytarır, ya da diareyası var. Və ya tam başqa bir səbəbə görə məsələn, diabetik ketoasidozu var. Onların da sisteminə heç bir əlavə preparat qoşmaq lazım deyil. Digər su içə bilən xəstələrə isə sistem qoşmaq olmaz. Ən yaxşı ağciyər quru ağciyərdir. Sistemlərlə maye qoşulması iltihablaşmış ağciyəri olan xəstələri daha da ağırlaşdırır".

 

Həkimin sözlərinə görə, evdə müalicə alanlara metilprednizolon, deksametazon təyin etmək olmaz. Deksametazon sutkada 6 mq-dan çox olmamaq şərtilə yalnız oksigen müalicəsi alan xəstələrə verilməlidir. Xəstəxanada oksigen alan xəstəyə deksametazon təyin olunubsa, 6 mq-dan yüksək doza bakterial infeksiya riskini artırır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər