Uşaqlarda Parvovirus infeksiyasının fəsadları və müalicəsi - BEŞİNCİ XƏSTƏLİK
17.03.2021 17:11

Parvovirus B19 infeksiyası olduqca yoluxucu, uşaqlarda görülən xəstəlikdir. Üz nahiyəsində yaranmış səpkinin formasına görə bəzən "tokatlanmış yanaq" xəstəliyi də deyilir. Parvovirus infeksiyası beşinci xəstəlik olaraq da bilinir, çünki tarixən səpkilərlə ilə xarakterizə olunan ümumi uşaqlıq xəstəlikləri siyahısında beşinci yer tuturdu.

 

Aztibb.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının həkim-pediatrı Qoşqar İsmayılov məlumat verib. Həkimin sözlərinə görə, əksər uşaqlarda parvovirus infeksiyasının gedişatı mülayimdir və bəzən müalicəyə ehtiyac duyulmur. Ancaq bəzi yetişkinlərdə infeksiya ciddi ola bilər. Bəzi hamilə qadınlarda parvovirus infeksiyası döl üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. İnfeksiya bəzi növ qanazlığı olan və ya immuniteti zəif olan insanlar üçün daha ciddidir.

 

Uşaqlarda parvovirus infeksiyasının erkən əlamətləri və simptomları aşağıdakılar ola bilər:

  • Hərarət;
  • Qarın ağrısı;
  • Baş ağrısı;
  • Burun axması;
  • Yanaqlarda fərqli səpki.

 

Q.İsmayılov bildirib ki, erkən simptomların ortaya çıxmasından bir neçə gün sonra uşağın üzündə, hər iki yanaqda fərqli parlaq qırmızı səpgi görünür. Səpgi getdikcə bütün bədənə yayıla bilər və qaşınmaya rast gəlinir. Ümumiyyətlə, səpki xəstəliyin sonuna yaxın olur. Səpkilər üç həftəyə qədər artıb-azalır. Hərarətin yüksəlməsi səpkinin artmasına səbəb olur. Yeniyetmələrdə və böyüklərdə ümumiyyətlə "tokatlanmış yanaq" səpkilərinə rast gəlinmir. Bunun əvəzinə, parvovirus infeksiyasının ən nəzərə çarpan əlaməti, bir neçə gündən həftəyə qədər davam edən oynaq ağrısıdır. Ən çox təsirlənən oynaqlar əllər, biləklər, dizlər və topuqlardır.

 

O, qeyd edib ki, insanlarda parvovirus infeksiyası ən çox ibtidai məktəb yaşında uşaqlar arasında qış və yaz aylarında zamanı geniş yayılır, lakin hər kəs ilin istənilən vaxtında xəstəliyə yoluxa bilər. O, insandan insana, hava damcı yolu ilə yoluxur. Yoluxduqdan 1 həftə sonra səpgilər yaranır. Bu dövr yoluxuculuq baxımından təhlükəlidir. Səpki yarandıqdan sonra uşağı digərlərindən təcrid etməyə ehtiyac yoxdur.

 

"Parvovirus infeksiyası anemiya xəstələrində ciddi fəsadlara səbəb ola bilər. Anemiya (qan azlığı) xəstələrində parvovirus infeksiyası qırmızı qan hüceyrələrinin istehsalını dayandıra və anemiyanı daha da ağırlaşdıra bilər. Oraq hüceyrəli anemiya xəstələri xüsusi risk altındadır. Hamilə qadın bu virusa yoluxarsa qan vasitəsilə fetusa keçmə riski artır. Hamiləlik dövründə parvovirus infeksiyası bəzən döldəki qırmızı qan hüceyrələrinə təsir edir. Bəzi hallarda ölü doğuşla nəticələnə biləcək ağır anemiyaya səbəb ola bilər. Düşük riski hamiləliyin ilk 2 trimestrində yüksəkdir", - deyə həkim bildirib. 

 

Parvovirus infeksiyası immunitet sistemi zəif olan insanlarda ciddi anemiyanı daha da artıra bilər ki, bu da HIV infeksiyası, xərçəng müalicəsi, orqan nəqlindən sonra yarana bilər.

 

Q.İsmayılov vurğulayıb ki, insanlarda parvovirus infeksiyasının qarşısını alan peyvənd yoxdur. Parvovirusa yoluxduqdan sonra ömürlük immunitet yaranır. Virusa yoluxmamaq üçün əllərinizi və uşağınızın əllərini tez-tez yumaq, üzünüzə toxunmamaq, xəstələnən insanlardan uzaq durmaq lazımdır.

ÇOX OXUNANLAR
 Rahim Hüseynov TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub
ÜST-nin Azərbaycandakı Ofisində yeni vakansiya!
 Qobustanda 85 yaşlı pasiyent üzərində yüksək riskli cərrahi əməliyyat uğurla icra olunub   
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyət göstərən “ETKİ könüllüləri”nə sertifikatlar təqdim olunub
 Naxçıvanda orta tibb işçiləri üçün vakansiya elan olunub   
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin 24 könüllüsü üçün ilkin tibbi yardım mövzusunda təlim keçirilib
 Qusarda qanvermə aksiyası:
 Görkəmli alim Ağabəy Sultanovun 90 illiyi qeyd olunub   
Azərbaycan EMT Qrupu yoxlama aparmaq üçün Türkiyəyə gedib
 Sumqayıtda İmmunizasiya Həftəsi çərçivəsində 1263 uşaq peyvənd olunub   
Qobustan RMX-da konfrans: “Nurlu ömrün salnaməsi”
 Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Bioetika Komissiyasının növbəti iclası keçirilib    
Qoşqar Təhməzli: Azərbaycan müasir urbanizasiya çağırışlarına çevik reaksiya verir
 Cəlilabadda xəbərdarlıq toplanış üzrə mülki müdafiə məşqi keçirilib