Üzdə qızartı probleminə səbəb olan FAKTORLAR 
17.03.2021 16:09

Üzdə qızartının yaranması dəri problemlərindən biri sayılır.

 

Uşaqlarda və yetkin insanlar, eləcə də qadın və kişilərdə bu problemlə tez-tez rastlaşmaq mümkündür. Bəzən öz-özünə itən qızartılar sonradan yenidən üzə çıxmağa başlayır. Bu allergik xəstəlik adətən uşaqlarda baş verir. Qızartılar bir və ya hər iki yanaqda ola bilir.

 

Qızartılar qaşınan və ya qaşıntısız ola bilər. Yanaqda əmələ gələn dairəvi qızartılar görünüşünə görə qabıqlı və qabıqsız olmaqla 2 cür olur.

 

Səpgilər dəri qatından biz az qabarıq şəkildə təzahür edir və çəhrayı, qırmızı və ya moruq rəngində olur. Qızartılar akne, ekzema, dermatit, allergik reaksiya, rozella səpgiləri halında olur. Yanaqdakı qızartılar zərərsiz sayılır və asanlıqla müalicəyə tabe olur.

 

Bəzən qızartılar bakterial meningit xəstəliklərinin əlaməti də ola bilər. Bakterial meningit zamanı yanaqda olan qırmızılardan sonra üzün dərisində göyümtül-moruq rəngində ləkələr qalır. Ona görə də həkimə müraciət etmək və diaqnozu dəqiqləşdirmək lazımdır.

 

Yanaqdakı qızartılara sinir sistemi xəstəlikləri, həzm prosesində baş verən patologiyalar, kardiosirkulyator xəstəliklər, immun sistemi xəstəlikləri də səbəb ola bilər.


Yanaqda qızartılarla yanaşı, bəzi əlamətlər də meydana çıxa bilər:


- qızartılarda qabarma və qanamalar
- yanaqda yanğı hissi
- dəridə qaşınma və çatlar
- ağız və ya burunda yaralar
- nadir hallarda çənədə və boyunda yaraların olması
- qızartı və iltihab
- qabıqvermə və qabığın soyulması
- qızartının ətrafında şişkinlik
- yanaqda qan damarlarının görünməsi.

 

Qızartıların həcmi geniş olduqda xəstələrdə burun axması və asqırma da müşayət edilir.

 

Yanaqlarda qızartıların əmələ gəlməsinə bəzi kimyəvi maddələrlə yaxın təmasda olmaq da səbəb ola bilər. Bu halda qızartını törədən səbəbdən uzaq durmaq və yüngül allergiya müalicəsi xəstəliyin əlamətlərini aradan qaldıra bilər.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Prezident elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
Şamaxının Laləzar və Quşçu kəndlərində səyyar peyvəndlənmə xidməti həyata keçirilib
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
 Göz sağlamlığı üçün ümidverici nəticə: Vitamin B3 qlaukoma riskini azalda bilər