Martın 1-i Ümumdünya İmmunitet Günüdür  
01.03.2021 10:10

Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2002-ci ildən başlayaraq hər il martın 1-də Ümumdünya İmmunitet Günü qeyd edilir.

 

Bu tarixin dünya miqyasında qeyd edilməsinin məqsədi immun sisteminin əhəmiyyəti, onun fəaliyyətinin xüsusiyyətləri və bu sistemi möhkəmlətmək üsulları barədə əhalini məlumatlandırmaqdır.

 

İmmunitet sistemi uşaq hələ ana bətnində olarkən formalaşmağa başlayır. Bizim ətrafımızda milyonlarla bakteriya, virus və allergenlər mövcuddur. Biz onlarla hər an üzləşirik, lakin bizi kənar “düşmənlərdən” qoruyan immun sistemin sayəsində xəstələnmirik. İmmun sistemi olmasaydı, xəstəliklər bir-birinin ardınca insanı üstələyər, insan onlara qarşı mübarizə etməli olardı. Elə amillər var ki, onlar orqanizmin stress vəziyyətinə şərait yaradır və immun sistemini zəiflədir. Yuxu rejiminin pozulması, düzgün qidalanmamaq, fiziki gərginliyin düzgün seçilməməsi, ekologiya, habelə sağlam həyat tərzindən imtina edilməsi belə amillərdəndir.

 

2020-ci ildən bütün dünyada hökm sürən koronavirus pandemiyası məhz immun sistemin orqanizmdə virus və bakteriyalarla mübarizədəki rolunun vacibliyini bir daha vurğuladı. Məhz bu səbəbdən qlobal miqyasda pandemiya ilə mübarizə aparmaq üçün insanlar arasında immun sistemini gücləndirmək məqsədilə geniş maarifləndirmə işləri həyata keçirildi, sağlam həyat tərzinin vərdiş halına çevrilməsi üçün geniş təbliğat kompaniyaları aparıldı. Xüsusilə peyvəndləmənin infeksiyalarla mübarizədəki rolu bir daha öz aktuallığını qoruyub saxladı.

 

Klinik İmmunoloqlar Assosiasiyası tərəfindən aparılmış araşdırmalar nəticəsində məlum olub ki, dünyanın bütün ölkələrində sakinlərin 7-15 faizi immunitetin zəifləməsindən əziyyət çəkir. Alimlər müəyyən ediblər ki, insanı qoruyan hüceyrələrin çox hissəsi (80 faiz) mədə-bağırsaq boşluğunda yerləşir. Buna görə də düzgün qidalanma immunitetin möhkəm olmasının əsas şərtlərindən biridir. İnsanın qida rasionunda meyvə, tərəvəz, müxtəlif sıyıqlar və ağartı məhsulları olmalıdır.

 

Tez-tez soyuqdəymə, iki həftədən artıq davam edən bronxit, burun-udlaq nahiyəsində iltihablar, sürəkli yüksək hərarət (37-38 dərəcə), mədə-bağırsaq pozğunluğu immun sistemində nasazlığın əsas əlamətləridir.

 

Şirniyyata çox meyilli olmaq immuniteti zəiflədir. Külli miqdarda rafinə edilmiş şəkər, konfet və ya qazlı şirin içkilər istehlak edən insanlar həm öz dişlərini korlayır, həm də immun sisteminin xəstəliklərinə daha çox məruz qalırlar.

 

Çay isə immuniteti artıra bilər. Amerikalı tədqiqatçılar müəyyən ediblər ki, müntəzəm olaraq çay içmək immun sisteminin müqavimət qabiliyyətini 5 dəfəyə qədər artırır. Bu, çayın tərkibindəki L-Theanin (L-teanin) amin turşusu sayəsində baş verir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır