Qarlı havalarda koronavirus xəstələri nəyə diqqət etməlidirlər?
24.02.2021 14:42
Soyuq və şaxtalı hava bədənin tənəffüs yoluxucu xəstəliklərə qarşı mübarizəsini çətinləşdirir, buna görə belə havalarda COVID-19 xəstəliyi keçirən insanlar daha çox isti məkanlarda, evdə qalmalıdırlar. Təsadüfü deyil ki, məşhur Yunan həkimi və filosifu Hippokrat yazırdı: “Qışın gəlməsi yaz xəstəliklərini həll edir və yayın gəlməsi qışdakı xəstəlikləri aradan qaldırır".
  
Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının təcili yardım həkimi Dr.Nərgiz Kərimova “Həkim məsləhəti” rubrikasında “Qarlı havalarda COVID-19 xəstəliyi keçirənlər nəyə diqqət etməlidirlər?” sualını cavablandırıb.
  
Həkim bildirib ki, COVID-19 xəstəliyinin müalicəsindən sonrakı dövrdə sağlam həyat tərzinə riayət etmək olduqca vacibdir. Bu xəstəlikdən sağaldıqdan sonra insanların çoxunda virusa yoluxmanın qarşısını alan antikor əmələ gəlir. Lakin bu immunitetin nə qədər davam edə biləcəyi ilə əlaqədar dəqiq məlumat yoxdu. COVID-19 xəstəliyindən sağalan insanların yenidən yeni növ koronavirusa yoluxduğu hallar da olub.
 
Bunun üçün həm orqanizmin bərpası, tez reabilitasiyası və yenidən bu və ya digər viruslara yoluxmamaq üçün qarlı havada evdə qalmaq və tələb olunan tövsiyələrə riayət etmək vacibdir. Özünüzə bərpa etmək üçün vaxt verin. Daha çox yüksək reinfeksiya riski olan insanlar, yaşlı, immun sistemi zəif olan insanlar profilaktik tədbirlərə ciddi riayət etməlidirlər. Bura maskaların taxılması, əllərini mütəmadi olaraq yuyulması və sosial məsafənin saxlanılması aiddir.
 
COVID-19 xəstəliyindən sağalan insanlar bu qaydalara riayət etməlidirlər:
 
Ardıcıl olaraq idman edin: bədəninizin zəif olması halında məşqlər çətin ola bilər, lakin tədricən gündəlik idman sizi həm fiziki həm də mənəvi cəhətdən sağlam edəcəkdir. Qidalanma rejimini bərpa edin. Beləliklə, itirilmiş iştahanı kompensasiya etmək üçün üzvi məhsullar, tərəvəzlər, yumurta və təhlükəsiz quş əti,asan həzm olan yeməklərdən istifadə edin. Unutmayın ki, bədəniniz tam gücünə qayıtmağa çalışır.
 
Virusun yaddaş hüceyrələrinizə zərər verdiyi bilinir. İtmiş diqqətinizi, idrak düşüncə qabiliyyətlərinizi və yaddaşınızı bərpa etmək üçün günlərinizin bir hissəsini yaddaş oyunları və oxumağa ayırın. Zehni canlandıra biləcəyiniz yolları formalaşdırın.. Əsas odur ki, yavaş-yavaş hər gün beyniniz üçün bir şey əldə edin.
 
Özünüzə tədricən köhnə gündəlik həyatınıza keçmək üçün kifayət qədər vaxt verin. Unutmayın ki, bu yaxınlarda immunitet sisteminizə ciddi şəkildə hücum edən bir xəstəliklə mübarizə apardınız.
 
Həyəcan verici siqnallara diqqət yetirin: baş ağrısı və ya yorğunluq epizodu olsun, vücudunuzun COVID sonrası vəziyyəti qəbul etmədiyinə dair diqqətəlayiq əlamətlərə diqqət yetirmək vacibdir. Əgər problemlər artarsa ailə həkimi ilə mütəmadi əlaqə saxlayın.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər