Bağırsaq disbakteriozunun səbəbləri, əlamətləri və profilaktikası
18.02.2021 19:29

Adətən bağırsaq traktında çoxlu sayda faydalı funksiyaları yerinə yetirən bakteriyalar yaşayır: B vitamini qrupunu sintez edir, bitki liflərini parçalayır, patogen mikroorqanizmlərin çoxalmasının qarşısını alır. Disbakterioz zamanı bağırsaq mikroflorasında kəmiyyət və keyfiyyət baxımından dəyişikliklər baş verir, lakto və bifidibakteriyaların (yaxşı mikroorqanizmlər) sayı azalır, patogen (pis mikroorqanizmlər) sayı isə artır.

 

Bağırsaq disbakteriozun səbəbləri:

 

-antibiotiklərin uzunmüddətli və nəzarətsiz qəbulu;

-keçirilmiş kəskin bağırsaq infeksiyası;

-balanssız qidalanma (pəhriz);

-mədə-bağırsaq traktının xroniki xəstəliyi;

-hədsiz dərəcədə spirtli içki qəbulu;

-ağır immun çatışmazlığı (leykoz, QİÇS, bədxassəli şişlərin kimyaterapiya və şüa ilə müalicəsi zamanı).

 

Disbakteriozun əlamətləri:

 

-qarında narahatlıq;

-yüksək köpmə halı (meteorizm);

-ifrazın dəyişməsi (ishal, qəbizlik və s.);

-qarında ağrılar.

 

Disbakteriozun müalicəsi

 

Disbakteriozun müalicəsi ilə adətən terapevtlər məşğul olur. Daha dəqiq və düzgün müalicə üçün disbakteriozun yaranma səbəblərini araşdırmaq lazımdır. Hər bir halda yenidən müxtəlif araşdırmalar aparmaq lazım ola bilər. Diaqnozun qoyulması üçün müayinə və analizlərin alınması şərtdir. Bəzən patogenlərə qarşı bir sıra antibiotiklər istifadə olunması məcburiyyəti yaranır. Müalicə effekt təsirindən asılı olaraq 4-6 həftə ərzində aparıla bilər.

 

Profilaktikası

 

Disbakterioz zamanı müəyyən olunmuş qida və yaxud da pəhrizdən istifadə edilməlidir. Antibiotiklərin qəbulu zamanı paralel olaraq mikrofloranın inkişafını tənzimləyən və dəstəkləyən preparatlardan da istifadə olunması tövsiyə olunur. Körpələrin ana südü ilə bəslənməsi onların körpə yaşlardan disbakteriozdan qorunmasına imkan verir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama