Nişastanın insan orqanizmi üçün ZƏRƏRLƏRİ
18.02.2021 09:40

Orqanizm nişastanı asanlıqla udub həzm edə bilmir. Bunun baş verməsi üçün çoxlu kimyəvi reaksiyalar getməlidir. İnsan orqanizmində nişastanın sorulması üçün şəkərə ehtiyac var. Sadə şəkərin nişastaya çevrilməsi prosesinin texnologiyası çox çətindir. Bu 2-4 saat ərzində baş verir. Bu müddətdə isə enerji sərfinə və bioloji aktiv maddələrə (B2, B3, PP, C və s.) ehtiyac duyulur. Orqanizmdə vitaminlərin və mikroelementlərin çatışmazlığı nişastanın sorulmasına mane olur. Bu zaman isə nişasta orqanizmdə zəhərli maddəyə çevrilir.

Aztibb.az xəbər verir ki, buğdadan alınan nişastanın 75-85%-ni amilopektin təşkil edir. Qaynar su tökülmüş nişasta amilazaya çevrilir və qatılaşaraq amilopektinə çevrilir. Bu zaman yapışqanabənzər maddə əmələ gəlir. Bu proses mədə-bağırsaqda da gedir. Yəni, nə qədər çox un məhsulları qəbul edilərsə bağırsaqlarımızda bir o qədər yapışqanabənzər maddə olur. Bu proses makaron, çörək və digər un məhsulları qəbul edən zaman da baş verir. Bu zaman vitaminlərin və mikroelementlərin sorulması pisləşir.

 

Orqanizmdə yodun çatışmazlığına da nişatanın orqanizmə daxil olması səbəb olur. Belə ki, nişasta yodun orqanizm tərəfindən mənimsənilməsinin qarşısını alır. Bu da bir çox patoloji əlamətlərin meydana çıxmasına səbəb olur.

 

Yoğun bağırsaqda nişastanın olması nəcis kütləsinin gec xaric olunmasına və nəcis daşlarının əmələ gəlməsinə səbəb olur. Nəcis daşları bağırsaqların fəaliyyətini ləngidir və bağırsaqların əvvəlcə genəlməsinə sonra da atrofiyalaşmasına səbəb olur.

 

Bağırsağın mikroflorasının pozulması onun turşuluq balansının korlanmasına və əvəzolunmayan aminturşuların əmələ gəlməməsinə səbəb olur. Əvəzolunmayaan amin turşuları yoğun bağırsaqda ifraz olunur. Yoğun bağırsaqda bişmiş nişasta olduqda isə onun ifrazı prosesi ləngiyir və ya baş vermir. Bu səbəbdən də ona olan ehtiyacımızı ödəmək üçün biz çox yeyirik. Bu isə orqanizm üçün çox təhlükəli bir vəziyyətdir.

 

Bağırsaqlardan sorulması mümkün olmayan nişasta, həmçinin qana daxil olaraq qanın tərkibini dəyişir.

 

Çörək məhsullarının bişirilməsindən əmələ gələn kimyəvi birləşmələr polisaxaridlərə çevrilir. Kartof qızartması, çipsilər və s. bu qidaların siyahısındadır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama