Təbii probiotik mənbəyi – TƏRƏVƏZ TURŞULARI
17.02.2021 12:04
İnsan ilk növbədə, sağlam qidalanmalıdır ki, xəstələnməsin. Sağlam olmaq üçün qidalanmaya diqqət etməli və xəstəlik ağırlaşmaqda davam edərsə dərman bitkilərindən istifadə etməlidir. Probiotiklər insanların sağlam yaşaması üçün bağırsaq mikroflorasının qidasıdırlar. Bağırsaq mikroflorası nə qədər zəngin və sağlam olarlarsa insan da o qədər sağlam immunitetli olar. Belə insanlarda allergiya olmaz, tez tez xəstələnməz , yoluxucu xəstəliklərə qarşı dözümlü olarlar.
 
Aztibb.az xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib. Həkim tərəvəz turşusu reseptləri təqdim edərək bildirib ki, onların tərkibindəki bütün məhsullar ayrı-ayrılıqda və birlikdə faydalıdır. 
  
Tərəvəz turşusunun hazırlanması
 
2 kq kələm , 500 qram qırmızı kələm, 200 qram kök, 100 qram çuğundur, 100 qram sarımsaq, 100 qram təzə zəncəfil əvvəlcə yaxşı yaxşı yuyulur, sonra kiçik ölçüdə doğranılır, sonra üstünə 1 ovuc dağ duzu (Naxçıvan duzu) səpib yaxşı-yaxşı qarışdırılır, 12-16 saat arası gözlədikdən sonra süzüb suyu atılır, daha sonra üstünə 2 stəkan təbii alma sirkəsi tökülür. Hamısını böyük bir qazana yığıb üstünə qaynadılmış, soyudulmuş və bu suda 2 xörək qaşığı dağ duzu həll edimiş su əlavə edilir. Suyu tərəvəzlərin üstü örtülənə qədər töküb 10-15 gün gözlədikdən sonra istifadə edə bilərsiniz.
 
Bildiyimiz kimi, ümumiyyətlə turşuları ziyanlı qidalar kimi tanısaq da bu turşu əksinə sağlamlıq üçün vacib olan təbii probiotik mənbəyidir. Turşunun tərkibində mineral və vitaminlər zəif dəyişikliyə uğrasalar da tərəvəzlərin fermentləşməsi nəticəsində zəngin probiotik mənbəyinə çevriliblər. Ümumi çəkisi 3 kq olan bu tərəzlərdən ibarət turşu bitdikdən sonra yenə təzə-təzə hazırlayıb qidalanmaq birdəfəyə çox hazırlamaqdan daha çox faydalıdır. Çünki bu kimi turşuları çox hazırlayıb qidalanma müddətini uzatdıqca turşunun fermentativ aktivliyi azalır və turşi ziyanlı bir qida vasitəsinə çevrilir. Yaxşı olar ki, 10 gündən sonra qidalanmağa başladığınız turşunu elə 10 gün müddətində də yeyib qutarasınız. Turşu zəngin C vitamini mənbəyidir, sinqa xəstəliyi, ağız yaraları, iştahsızlıq, poliartrit, revmatizma, xərçəng xəstəliyi, osteoporoz, disbakterioz, qəbizlik, bağırsaq təmbəlliyi kimi xəstəliklərdə olduqca faydalı qidadır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama