Qalxanabənzər vəzin papilyar xərçəngi: erkən diaqnoz can qurtarır
16.02.2021 11:21

Qalxanabənzər vəzin papilyar xərçəngi bu vəzin bütün xərçəngləri arasında ən çox rast gəlinən (təxminən 80%) növüdür. Papilyar xərçəngə tutulma hər yaşda mümkündür. Lakin adətən 20-70 yaş, xüsusilə də qadınlar arasında daha çox rast gəlinir. Yaş artdıqça papilyar xərçəngin rastgəlmə tezliyi də artmaqdadır.

 

Bu barədə ümumi cərrah, uzman Elnur Piralıyev sosial şəbəkədə məlumat verib.

 

Həkim bildirib ki, yavaş gedişata sahib olduğu üçün bu xəstəlik gec aşkar edilir. Adətən qalxanabənzər vəzin bir payında olur. İlkin olaraq boyundakı limfa düyünlərinə metastaz (yayılma) verir:

 

“Diaqnozun qoyulmasında boyun ultrasəs müayinəsi və incə iynə aspirasiya biyopsiyası kifayət edir. İrəliləmiş vəziyyətlərdə isə boyun MRT və KT ilə dəyərləndirməyə ehtiyac görülür.

 

Müalicəsi cərrahidir. Əməliyyatdan sonra histopatoloji incələməyə və xəstəyə aid faktorlara görə radiaktiv yod müalicəsi təyin edilə bilər”.

 

Həkim əlavə edib ki, qalxanabənzər vəzin papilyar xərçəngi zamanında təsbit edilib, düzgün cərrahi əməliyyat və müvafiq müalicə aparılarsa, bu xəstəlikdən 100 faiz xilas olmaq mümkündür.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama