Blenderlə hazırlanmış yeməklərə öyrəşən uşaqlar hansı problemlərlə qarşılaşır? - Həkim-pediatr açıqladı
15.02.2021 18:05

“Blender baby” adlandırılan uşaqlar əlavə qidaya keçdikdən sonra qidaların davamlı olaraq blender ilə üyüdülüb hazırlanmasına bağlı onları hər zaman horra şəklində qəbul etməyə öyrəşmiş və buna görə də irəlidə tikə halında olan bütün qidaları öyüyən (reflyuks), qaytaran uşaqlardır. Qidaları daim udmağa hazır formada qəbul edən bu uşaqlarda çeynəmə və udma refleksləri get-gedə zəifləyir. Bu zaman diş çıxarmada və nitqdə gecikmə görülə bilər.

 

Aztibb.az xəbər verir ki, bu barədə həkim-pediatr Günay Rəsulova sosial şəbəkədə paylaşım edib. 

 

Həkimin sözlərinə görə, bu uşaqlara qatı və tikə halında qida verdikdə onlarda ağlamaq, öyümək, yeməyi tüpürüb çıxarmaq və iştahsızlıq kimi əlamətlər görülür: "Nəticədə uşaqda çəki almada zəifləmə, inkişaf geriliyi, çox qusmağa bağlı qidadan get gedə tamamilə imtina, keçmək bilməyən öskürəklər görülə bilər".

 

G.Rəsulova bu problemlərin qarşısını almaq üçün ən gec 8 ayından blenderden istifadəni dayandırmağı məsləhət görüb.

 

"Bunun üçün əlavə qidanı çəngəllə əzib, balaca tikələr şəklində verməlisiniz ki, uşaq həm bu qidaları çeynəməyə, həm də udmağa öyrəşsin. Blenderə öyrəşmiş uşaqlara bu vərdişi tərgitmək üçün qidaların bu cihazla hazırlanmasına son qoymalı və bu işdə müalicəvi dəstək üçün də pediatra müraciət etməlisiniz. "BLW" metodu ilə qidalanma da (yeməyi yeməsi üçün uşağın özünə vermək) udma və çeynəmə reflekslərinin təkmilləşməsinə kömək edir", - deyə həkim-pediatr əlavə edib. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama