Perekisin inanılmaz FAYDALARI -  İstifadə qaydaları 
13.02.2021 13:17

Əsasən dəridə kiçik yaralar, sıyrıntılar zamanı istifadə olunan PEREKISIN 3%-li məhlulu orqanizmə daxil olduqda suya və oksigen qazına parçalanır. Əgər düzgün və qaydasında qəbul edilərsə orqanizmə çox faydası dəyir.

Perekisi yeməkdən 1 saat əvvəl qəbul etmək lazımdır. Onu dərman bitkiləri ilə müalicə zamanı qəbul etmək olar. Ancaq kimyəvi dərman müalicəsi apardıqda perekis içmək olmaz.

Bəs hansı dozada içilməlidir?

Perekislə müalicəyə başlayan ilk gün 50 ml suya 1 damcı tökmək şərti ilə gündə 3 dəfə acqarına içilir. Növbəti günlərdə isə hər gün 1 damcı artırılaraq 50 ml suya tökmək şərti ilə qəbul edilir. 10 gün içilir, 3 gün fasilə edilir və sonra yenidən müalicə təkrarlanır. Bu üsulla perekisi bir ömür boyu içmək olar.

Perekislə bu cür müalicə orqanizmi artıq şlaklardan təmizləyir, qaraciyər, böyrəklər, qan və əzələlərin işini yüngülləşdirir.


Lakin nəzərinizə çatdıraq ki, ənənəvi tibb bunun əleyhinədir ki, Perekisin (hidrogen peroksidin) daxilə qəbulu həzm sisteminin selikli qişalarına mənfi təsir edə bilər. Onun üçün əvvəlcədən həkimlə məsləhətləşsəz yaxşı olar.

Perekis tibbdə müxtəlif məqsədlərlə geniş istifadə olunur.

 

Amma dezenfeksiya edici, ağardıcı və antiseptik xüsusiyyətləri səbəbi ilə evinizdə, gözəlliyiniz üçün də istifadə edə bilərsiniz


1. Əsasən perekis yaraların tez sağalması üçün çox geniş istifadə olunur. Məhlul yaraya düşdükdə köpüklənir. Bu normaldır. Bu köpük buradan mikrobları, ölmüş hüceyrələri yuyub aparır.


2. Angina zamanı az miqdarda perekislə boğazı qarqara etmək, ağız boşluğundakı mikrobları öldürür, xəstəliyin əlamətlərini yüngülləşdirir.


3. Soyuqdəymə zamanı hər 2 buruna 2-3 damcı damızdırıldıqda, xəstəliyin əlamətləri azalır. Burun qanaxması zamanı məhlulda steril pambıq isladıb burun deşiklərinə qoyun. Bu qanaxmanı da kəsir.


4. Qulaq ağrıları zamanı qulağa 3-5 damcı perekis damızdırmaq ağrıları azaldır. Məhlulun köməyi ilə qulaqları orada yığılan qulaq çirkindən təmizləmək mümkündür.
Bunun üçün ayda 1 dəfə qulaq çöpünü perekisə batırıb qulağı təmizləmək olar. (Bu zaman partlayan qeyri adi səslər eşitsəniz qorxmayın)


5. Perekislə ağız boşluğunu yaxalamaq diş əti qanaxmalarının qarşısını alır. 1 çay qaşığı sodaya bir-neçə damcı limon şirəsi və yarım çay qaşığı perekis əlavə edilib qarışdırıb dişləri yuduqda isə dişləri ağardır.


6. Osteoxondroz zamanı ağrı hissini aradan qaldırmaq üçün pambıq əskini perekisə batırıb ağrıyan nahiyyəyə qoyduqda ağrı azalır.


7. Perekis kosmetologiyada da geniş istifadə olunur. Antiseptik təsirə malik olan perekis həqiqətən dərini yaxşı təmizləyir və ağardır, qızartını, civzə və sızanaqları yox edir. Bunun üçün məhlulda steril pambıq isladın və sızanaqlara vurun. Bunu tez-tez etmək olmaz, məhlul dərini qurudur, dəri qabıq verməyə başlayır. İstifadə etdikdən əvvəl isə test edin - perekisi dərinin görünməyən hissəsinə (məsələn, qulağın arxasına) çəkin və bir qədər gözləyin. Dəri qızararsa, səpərsə, istifadə etməyin.


8. Perekis tez-tez rast gəlinən ayaq və dırnaq göbələyi üçün də istifadə olunur. Bunun üçün yarım ölçü perekis və yarım ölçü su qarışımını istifadə edə bilərsiniz. Axşamları bir neçə dəqiqə ayaqlarınızı bu qarışığa qoyun və sonra yaxşıca qurulayın.


9. Dezodorantlar və spreylər səbəbindən rəngi dəyişən qolaltlarınızı təmizləmək və ağartmaq üçün mükəmməl bir vasitəsidir. Bunun üçün perekisli su ilə silmək kifayətdir. Eyni zamanda istənilməyən qoxuların da qarşısını almağa kömək edir.


10. Paltarlarınızın daha ağ olmağı üçün perekis istifadə edə bilərsiniz. Paltarlarınızı yumazdan əvvəl bir stəkan perekisli suda gözlədin sonra yuyun . Perekis həmçinin qurumuş qan ləkələrini çıxartmaq üçün də çox təsirlidir, ləkənin üzərinə biraz tökməyiniz yetərli olacaq!

ÇOX OXUNANLAR
 Quba Regional Perinatal Mərkəzinin komandası 28-ci həftəsində doğulan körpənin həyatını xilas edib   
Hidrogen xərçəng də daxil olmaqla geniş spektrli xəstəlikləri müalicə edə bilər
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
Hepatoloq Tofiq Əkbərov Türkiyədə XV Beynəlxalq Hepatoloji Konqresdə iştirak edib  
Endokrinoloq mühüm elementi olan “xərçəng əleyhinə” menyu təqdim edib
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini onkoloji xəstəlikdən vəfat edib
Həyat yoldaşına böyrəyini bağışladı
Rəşad Mahmudov Lənkəranda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş elmi seminarda çıxış edib
 Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır - Fərman
Sumqayıtda tədbir: “Azərbaycan səhiyyəsinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır” 
 Doğuş prosesini təcili tibbi yardım avtomobilində idarə edən tibb işçiləri təltif olunublar   
Estetik cərrahiyyə və kosmetoloji sahədə qanun pozuntularına yol verən 9 klinika rəhbərliyi məsuliyyətə cəlb olunub
Ordubad Rayon Uşaq Xəstəxanasında məktəb şagirdləri üçün tibbi aksiya təşkil olunub