"Dərəcəsi yuxarı olan kifozlar ağrı və tənəffüsdə problem yarada bilər" - Həkim-fizioterapevt
12.02.2021 11:57

Kifoz onurğada olan qabarmaya deyilir. Çox vaxt kürək nahiyəsində olur və ciddi kifoz  deformasiyası olanlara el arasında qozbel də deyilir. Kifozun bir neçə növü var və onun müalicəsi də fərqli olur. İnsan onurğası bir xətt kimi düz deyil, təbii əyrilikləri var və bu əyriliklər qamətimizə dəstək verir və onurğanın biomexaniki yüklənməsini tənzimləyir.  Amma həddən artıq olan əyrilik qamətə mənfi təsir edir və normal duruşunuzu çətinləşdirir. Çox vaxt kifoz estetik problemlər yaradır.

 

Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının həkim-fizioterapevti Səidə Kərimova "Düz qamət - Sağlam həyat!" rubrikasında “Kifoz nədir?” sualına ətraflı cavab verib.

Həkim bildirib ki, insan kənardan necə göründüyünü fikirləşir və bu təbii ki, onu narahat edir. Dərəcəsi yuxarı olan kifozlar ağrı və tənəffüsdə problem yarada bilər. Kifozun bir neçə növü var:

 

-    Postural kifoz – qamətlə bağlı onurğanın qabarması;
-    Scheuermann kifozu;
-    Anadangəlmə (kongenital) kifoz.

 

Qamətlə bağlı kifoz bu xəstəliyin ən çox rast gəlinən növüdür.  Daha çox yeniyetmə dövründə müşahidə olunur və qızlarda daha çox təsadüf edilir.

 

Araşdırmalara  əsasən 10% uşaqlarda kifoz müşahidə olunur. Bu, uşaqların oturarkən qabağa əyilmək vərdişi nəticəsində yaranır. Bu zaman onurğanın vətər və əzələləri həddən artıq gərilir, əzələlərdə disbalans yaranır və onurğanı düz pozisiyada saxlaya bilmir.

 

Qamətlə bağlı kifozun xüsusiyyətləri aşağıdakılardır:


-    Əyrilik müəyyən pozisiyada düzəlir;
-    Ağrı nadir hallarda olur.


Qamətlə bağlı kifozu xüsusi idman növləri ilə korreksiya etmək olur. Müalicə zamanı zəifləmiş əzələlər möhkəmləndirilir və qısalmış qrup əzələlər xüsusi gərilmələr vasitəsilə tədricən açılır.

 

Scheuermann kifozu xəstəliyinin adı onu ilk dəfə təsvir etmiş radioloqun adını daşıyır. Bu növ kifoz zamanı fəqərələrdə struktur dəyişikliyi baş verir və buna görə də onurğada struktur qabarma müşahidə olunur. Bu qabarma pozisiya dəyişəndə stabil qalır. Scheuermann kifozu zamanı ağrılar müşahidə olunur, bu ağrılar çox oturanda, ayaqüstə olanda, hətta uzananda da olur. Təxminən 10-17 yaş arası olan yeniyetmələrdə rast gəlinir. 

 
Kongenital kifoz anadangəlmə xəstəlikdir. Bu xəstəliyin səbəbləri ana bətnində onurğanın inkişaf qüsurlarıdır. Bu tip kifozlar  sürətlə inkişaf edə bilər. Kongenital kifoz çox zaman cərrahi müalicə tələb edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama