Professor Surxay Musayev ATU-nun Fəxri Fərmanı ilə təltif olunub
01.02.2021 15:45
Ölkəmizdə tibb elminin inkişafına, xüsusilə uşaq xəstəlikləri ilə mübarizə işinə öz töhfəsini vermis dəyərli alimlərimizdən olan Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının direktoru, Əməkdar həkim, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Surxay Musayev 70 illik yubileyi münasibətilə ATU-nun Fəxri Fərmanı ilə təltif olunub.
 
Professor S.Musayev ATU-nun rektoru, professor Gəray Gəraybəylinin göstərişi ilə “Tibbi kadrların hazırlanması sahəsində uzunmüddətli və səmərəli xidmətlərinə görə, nümunəvi əməyinə və universitetin ictimai həyatında fəal iştirakına görə” Fəxri Fərmanla təltif olunub.
 
Fərman ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Cahangir Qasımov və universitetin Təsərrüfat və Təchizat şöbəsinin müdiri Elçin Əlizadə tərəfindən təqdim olunub.
 
Professor Surxay Musayev respublika və bir çox xarici ölkələrdə çap olunmuş 150-dən çox elmi əsərin, o cümlədən dərs vəsaitlərinin, metodik tövsiyyələrin və monoqrafiyanın müəllifidir. Uşaq revmatologiyası üzrə tanınmış mütəxəssis kimi respublikada bu tibbi xidmət sahəsinin daha da təkmilləşdirilməsi üçün bütün güc və biliyini sərf edir. 2010-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılmış Azərbaycan Tibb Universiteti Tədris Terapevtik Klinikasının direktoru vəzifəsinə təyin olunub. 2000-ci ildə Respublika Prezidentinin Sərəncamı ilə “Əməkdar həkim”, 2010-cu ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
 
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir  
Dərmanların qaraciyərə toksik təsiri müzakirə olunub