Diabetə qalib gəlmək üçün minimal karbohidrat pəhrizi
29.01.2021 16:23

On iki həftə boyunca minimal karbohidrat pəhrizinə riayət edən insanlar ikinci tip diabetə qalib gəlmək şansını təxminən 30% artırırlar.

 

Aztibb.az xəbər verir ki, bu barədə Diabetes.co.uk portalı Texasın A&M Universitetinin (ABŞ) əməkdaşlarının araşdırmalarına istinadən yazır.

 

Tədqiqatda 1357 nəfər iştirak edib. Yaşları 47 ilə 67 arasında dəyişən bu şəxslərin əksəriyyəti artıq çəki və ya piylənmədən əziyyət çəkib. Onlar on iki həftə ərzində minimal karbohidrat pəhrizinə riayət ediblər. Bundan 6 ay və bir il sonra isə mütəxəssislər tədqiqatda iştirak edənlərin səhhətlərini təkrar yoxlamadan keçiriblər.

 

Qeyd olunur ki, pasiyentlər nişastalı karbohidratlardan (daha çox kartof və makaronda olur) imtina ediblər. Alimlər belə nəticəyə gəliblər ki, 6 aydan sonra bu qrup insanların xəstəliyin əlamətlərini azaltmaq şansları digər pəhrizlərə riayət edənlərlə müqayisədə daha çoxdur.

 

Elmi tədqiqatın müəllifləri qeyd ediblər ki, gələcəkdə onlar kalorilərə nəzarətlə bağlı da bir sıra tədqiqatlar aparmaq niyyətindədirlər. Bununla onlar minimal karbohidratlı pəhrizin arıqlamağa və diabetin remissiyasına davamlı müsbət təsir göstərdiyinə əmin olmaq istəyirlər.

 

Qeyd edək ki, minimal karbohidratlı pəhriz - sutkada 100-150 qramdan artıq olmayan karbohidratın qəbul olunmasını nəzərdə tutan qida rejimidir. Bundan başqa, burada istifadə olunan karbohidratın əksər hissəsi böyük miqdarda lifə malik tərəvəz və tam buğdaların payına düşməlidir. Bu pəhriz həm diabet xəstələrinə, həm də arıqlamağa çalışan idmançılara məsləhət görülür. O, qanda şəkərin miqdarını tənzimləmək üçün əla üsul sayılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama