Hamilə və uşaqəmizdirən qadınlar üçün əvəzsiz qida vasitəsi - KİNOA
30.01.2021 09:41

Kinoa Cənubi Amerika və And dağlarında bitən kinoa bitkisinin dənləridir. Kinoadan çox istifadə etmək insanlarda boy artımının sürətlənməsinə səbəb olur. Onun qırmızı, qara və açıq qəhvəyi rəngli növləri var. Kinoa bitkisinin nəinki toxumlarından, hətta yarpaqlarından da istifadə olunur. Onun yarpağı ispanaq və çuğundur yarpaqlarının dadını xatırladır və onlarla təxminən eyni tərkibə malikdir.

 

Aztibb.az xarici KİV-ə istinadla kinoa bitkisinin faydalı xüsusiyyətlərini təqdim edir. 

 

Qida sənayesində tətbiqi

 

Kinoa vegeteriyanların ən çox istifadə etdiyi qida məhsullarındandır. Ondan qarnır kimi istifadə edilir. Kinoa aşağıdakı kimi hazırlanır:
1. Kinoa dənləri çoxlu yuyulur (yaxşı yuyulmadıqda dadı acı olur)
2. Kinoa qaynadılmır (onu qaynatdıqda əriyir)
3. Bişirərkən bir-birinə yapışmaması üçün qarışdırılır.

 

Onunla bulyon bişirərkən qısa müddət ərzində qaynatmaq lazımdır. Kinoadan da düyü kimi müxtəlif qidaların hazırlanmasında istifadə edilir. Onu ət, balıq, tərəvəz, sousların hazırlanmasında istifadə etmək olar. Kinoanın qida dəyərinin aşağı düşməməsi üçün onu qaynar suda saxlayıb yemək lazımdır. Bu zaman onun tərkibində olan vitamin və minerallar öz tərkibini olduğu kimi saxlayır. Onu bişirib suyunu süzdükdən sonra salatlara əlavə etmək olar. Kinoanı istənilən yeməyə qarnir kimi təqdim etmək mümkündür Kinoa makaron və çörəyi əvəz edə bilir. O, bişirildiyi zaman unikal dada malik olan dənli bitkidir. 100 qram kinoa dəninin tərkibində 368 kalori var.

 

Faydalı tərkibi

 

Bu dənli bitkinin tərkibində qiymətli bitki zülalları var. Bu bitki dənlərindən hazırlanan qidalar uşaqlar, hamilələr, idmançılar, fiziki və zehni işlə məşğul olanlar üçün çox faydalıdır. Onun tərkibi vitamin, mineral , arqinin, izoleysin, qisidin, lizin, leysin, metioninsistein, triptofan, treonin, fenilalalin, tirozin amin turşuları ilə zəngindir. Kinoanın tərkibində olan lizin kalsiumun orqanizm tərəfindən sorulmasını asanlaşdırır, zədələnmiş yara və toxumaların qısa müddətdə sağalmasına səbəb olur. Onun tərkibindəkilər boyun uzanmasını sürətləndirir, sümük sisteminin düzgün formalaşmasına səbəb olur. Kinoanın tərkibində yüksək miqdarda lesitin turşusu, qlisin, qlütamin turşusu, serin, prolin, sistein, tirezin var. Onun tərkibi folat, riboflovin, liflərlə zəngindir.

 

Müalicəvi xüsusiyyətləri

 

Bu bitkinin tərkibində maqniumun miqdarı yüksək olduğuna görə ürək-damar sistemi xəstələri üçün çox faydalıdır. O, damarlarda olan gərginliyin aradan qalxmasına səbəb olaraq ürəyin işini normallaşdırır. Ürək xəstəliklərindən, miqrendən, artıq çəkidən xilas olmaq istəyənlər üçün kinoa dənlərindən hazırlanmış qidaları qəbul etmək məsləhət görülür. Artrit xəstələrinin və yaşlı adamların kinoa dənlərindən hazırlanan qidalar yeməsi məsləhət görülür. Kinoa qanda şəkərin miqdarını aşağı salır, anemiya əlamətlərini aradan qaldırır və ürək fəaliyyətini yaxşılaşdırır. Kinoa hamilə və uşaqəmizdirən qadınlar üçün əvəzsiz qida vasitəsidir. Ondan istifadə etmək orqanizmi möhkəmləndirir, immunitetin artmasına səbəb olur. Ağır xəstəliklərdən və əməliyyatlardan sonra kinoa ilə qidalanmaq orqanizmin itirilmiş enerjisinin bərpa olunmasına yardım edir.

 

Kosmetologiyada istifadəsi

 

Kosmetologiyada kinoa toxumlarından skrabların və selülit əleyhinə kosmetoloji preparatların hazırlanmasında istifadə edilir. O, dəriyə liftinq təsiri bağışlayır.

 

Kinoanın zərərli xüsusiyyətləri

 

Kinoanın tərkibində çoxlu züllallar və oksalat duzları var. Ondan istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşmək tövsiyə edilir. Çünki bu maddələr böyrəklərdə patologiyaların əmələ gəlməsinə və podaqraya səbəb ola bilir. Davamlı olaraq kinoa ilə qidalanmaq uşaqlarda allergiyanın əmələ gəlməsinə gətirib çıxara bilər.

ÇOX OXUNANLAR
Cəbrayılda “Göz sağlamlığı gələcəyimizdir” adlı tibbi aksiya keçirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
ÜST-nin Azərbaycandakı Ofisində yeni vakansiya!
 Qobustanda 85 yaşlı pasiyent üzərində yüksək riskli cərrahi əməliyyat uğurla icra olunub   
Mərkəzi Klinika ASCVTS-in 34-cü illik konfransında təmsil olunub
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin 24 könüllüsü üçün ilkin tibbi yardım mövzusunda təlim keçirilib
 Naxçıvanda orta tibb işçiləri üçün vakansiya elan olunub   
Rəşad Şolan “Nefrologiya və böyrək transplantasiyasında klinik təcrübələr və gələcək perspektivlər” adlı elmi-praktiki konfransda çıxış edib
 Görkəmli alim Ağabəy Sultanovun 90 illiyi qeyd olunub   
Azərbaycan EMT Qrupu yoxlama aparmaq üçün Türkiyəyə gedib
 Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Bioetika Komissiyasının növbəti iclası keçirilib    
Uzman uşaq cərrahı Vüsal Cəfərov AZTV-nin “TeleSəhər” proqramına müsahibə verib
Səhiyyə Nazirliyinin nümayəndələri Özbəkistanda beynəlxalq forumda iştirak ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyət göstərən “ETKİ könüllüləri”nə sertifikatlar təqdim olunub