Azərbaycanın tibbi maskaları Avropanın ITC keyfiyyət sertifikatını qazandı
15.01.2021 12:43

Cənubi Qafqazın ən böyük tekstil müəssisəsi “Gilan Tekstil Parkı” MMC-də mövcud COVID-19 pandemiyası ilə mübarizəsinə töhfə vermək məqsədilə istehsal olunan tibbi maskalar Avropanın ITC (Institute for testing and Certification, Inc. ) keyfiyyət sertifikasiya sınaqlarından uğurla keçmişdir.

 

Dünyanın 18 ölkəsində təmsil olunan və baş ofisi Çexiyada yerləşən Institute for testing and Certification şirkəti sınaq, sertifikatlaşdırma, texniki yoxlama, metrologiya standartlaşdırma sahəsində xidmətlər göstərən dünya səviyyəli müstəqil təşkilatdır.

 

ITC sertifikatları istehsal proseduraların beynəlxalq standartlar, yüksək təhlükəsizlik və keyfiyyət tələblərinə uyğunluq barədə məlumat verir. Bununla GTP-nın tibb maskalarına daxili alıcılar arasında etibar daha da güclənir və xarici bazarlara girişi rahatlaşır. Yerli istehsal olunan tibbi maskaların beynəlxalq sertifikatlaşdırması Azərbaycan məhsullarının ixrac potensialının artırılmasına xidmət etməklə bərabər, qeyri-neft sektorunun inkişafı baxımından da böyük rol oynayır.

 

“Gilan Tekstil Parkı” MMC-nin Sumqayıtda yerləşən tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışı 2020-ci ilin mayın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirakı ilə baş tutmuşdur.

 

İstehsal olunan birdəfəlik tibbi maskalar üçqatdır və orta qatı xüsusi süzgəc funksiyasını yerinə yetirən toxunmamış parçadan ibarətdir. Bu maskalar müxtəlif kateqoriyalı virus və infeksiyalara qarşı davamlıdır. Fabrikin gündəlik istehsal gücünü 300 min tibbi maskadır və hazırda istehsalat prosesinə 50 işçi cəlb olunub.

 

Eyni zamanda “Gilan Tekstil Parkı” MMC-də birdəfəlik istifadə üçün qoruyucu kombinezonlar istehsal olunur. Məhsullar polietilen qoruyucu membranla örtülüb, yüksək sıxlıqlı polipropilendən olan toxunmamış parçadan tikilir və möhkəmliyi, sukeçirməzliyi, kimyəvi maddələrə davamlılığı, yüngüllüyü ilə fərqlənir. Məhsulun uyğunluğu müvafiq standartlar üzrə sertifikatlaşdırılıb.

 

“Gilan Tekstil Parkı” MMC Cənubi Qafqaz regionunda yeganə vertikal inteqrasiya sistemi ilə qurulmuş və tekstil istehsalı üzrə bütövlükdə texnoloji ardıcıllığı tam əhatə etmiş İplik fabriki, iki Toxuma fabrikləri, iki Boyama fabrikləri, Tikiş fabriki və Tibbi maska fabrikindən ibarət təsisdir. GTP əsas xammal kimi Azərbaycan pambığından olan mahlıc istifadə edərək iplik, müxtəlif növ parça, yataq dəstləri, toxuculuq məhsulları, dəsmallar, hörgü məhsulları, yorğanlar, yastıqlar, habelə oda və suya davamlı xüsusi geyimlər, müxtəlif təyinatlı uniformalar, hərbi və xəstəxana geyimləri, xalatlar və s. istehsal edir. Əlavə məlumat üçün şirkətin saytına ww.giltex.az və ya şirkəti rəsmi sosial şəbəkələrinə müraciət etmək olar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır