Türkiyəli peyvənd ixtiraçıları nüfuzlu mükafata layiq görülüblər
25.12.2020 20:50

Almaniyanın aparıcı rəqəmsal media qurumu Axel Springer 2021-ci ilin "Şərəf mükafatı"nın qaliblərinin adlarını açıqlayıb. Bu mükafata koronavirus əleyhinə peyvəndi ixtira edən, türk həkimlər - professor Uğur Şahin və Dr. Özlem Türeci layiq görülüblər.

 

Aztibb.az bu barədə www.medimagazin.com.tr-yə istinadən xəbər verir.

 

"Xərçəngə dair aparılan araşdırmalardakı nailiyyət insan həyatını xilas etməyə kömək edə bilər. BioNTech-in qurucuları isı artıq COVID-19 peyvəndi ilə dünyaya ümid verir. Koronavirusa qarşı vaksin bizim azadlığımızı qaytarmaq və insanların həyatlarıını xilas etmək potensialına malikdir", - deyə media qurum açıqlamasında bildirilib.

 

Məlumat üçün bildirək ki, Amerikanın əczaçılıq nəhəngi “Pfizer” ilə hər iki həkimin həmtəsisçisi olduğu Almaniyanın “BioNTech” firmasının yeni tip koronavirusa qarşı hazırladıqları potensial vaksinin virusa qarşı 95% təsirli olduğu açıqlanıb.

 

Mükafatlandırma mərasiminin 2021-ci ilin yazında keçirilməsi planlaşdırılır.

 

Qeyd edək ki, maliyyə dəyəri olmayan bu mükafata "SpaceX" və "Tesla" şirkətlərinin baş direktoru Elon Musk, eləcə də "Facebook"un qurucusu Mark Zuckerberg də layiq görülüblər.

 

ÇOX OXUNANLAR
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşı Çində beynəlxalq seminarda iştirak edir
Mərkəzi Gömrük Hospitalının terapevti Mədəniyyət TV-nin “Səhərçağı” proqramına müsahibə verib
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Xəstəxanadaxili infeksiyaların qarşısının alınması səhiyyə xidmətinin keyfiyyətinin əsas prioritetlərindən biridir
Ağdərə rayonu Vəngli kəndində yaşayan sakinlərin səyyar tibbi aksiyası həyata keçirilib
Mərkəzi Klinikanın əməkdaşlarına Fəxri fərmanlar təqdim olunub
Xroniki bel ağrılarında müasir fizioterapiya yanaşmaları
Fast foodun bağırsağa təsiri
Beyləqan RMX-nın tabeliyindəki kənd həkim və kənd tibb məntəqələrinin işçiləri tərəfindən ev ziyarətləri davam etdirilir
 Yüksək riskli hamiləlik uğurla sonlandırıldı   
Tədris Cərrahiyyə Klinikasında mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib
 Goranboy RMX-da könüllü qanvermə aksiyası keçirilib