TƏBİB-in əməkdaşları Müdafiə Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunublar
08.12.2020 16:28

TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev və Tibbi xidmətlər departamentinin rəhbəri Firəngiz Əliyeva Müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən Fəxri Fərmanla təltif olunublar.

 

Onlar döyüş əməliyyatları zamanı Müdafiə Nazirliyinin tibbi hərbi hissə və müəssisələrinin işinin fasiləsiz təmin olunmasına, yaralılara tibbi yardımın təşkilinə, zəruri avadanlıq, dərman vasitələri və digər ləvazimatlarla layiqli təminatına töhfə verdiklərinə görə təltif olunublar. 

 

ÇOX OXUNANLAR