Maskaların ətraf mühitə atılması dolayısı yolla koronavirusun yayılması üçün də zəmin yaradır
01.12.2020 18:10
“Saglam ətraf mühit sağlam insan deməkdir. İstifadə etdiyimiz fərdi qoruyucu vasitələri-maska və əlcəkləri tullantı qabına ataq! Ətraf mühiti çirkləndirməyək!”
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə ətraf mühitin mühafizəsi ilə bağlı məqaləsində belə deyib.
O, bildirib ki, 2020-ci ildə koronavirus pandemiyasının bütün dünya gündəmini zəbt etməsi artıq insanları daha diqqətli olmağa məcbur etdi. İnsanların böyük bir qismi koronavirusdan qorunmaq üçün gigiyena qaydalarına riayət etməli, sosial məsafəni gözləməli və tibbi maskalardan istifadə etməli olduqlarını anladı:
"İnsanlar arasında tibbi maskalardan istifadə göstəricilərinin artması xəstəliklə mübarizədə bir tərəfdən mütəxəssisləri sevindirsə də, digər tərəfdən fərqli bir ətraf mühit problemini özü ilə gətirdi. Belə ki, bir çox insanlar istifadə etdikləri fərdi qoruyucu vasitələri-maska və əlcəkləri əksəriyyət hallarda tullantı qablarına deyil, ətraf mühitə atmağa başladı. Nəticədə təbiətdə minlərlə il qala biləcək bu vasitələr ətraf mühit üçün kifayət qədər təhlükəli və ciddi bir problemə çevrilməyə başladı.
Pandemiyadan əvvəl bütün yer kürəsi üçün qlobal bir təhlükə olan ətraf mühit çirklənməsi pandemiya dövründə daha da ağırlaşdı. Alimlər dünya miqyasında pandemiyanın hər ayında 129 milyard üz maskası və 65 milyard əlcək istifadə edildiyini və təbiətə atılan bir maskanın yoxa çıxmasının təxminən 500 il çəkəcəyini qeyd edirlər. Beləliklə, fərdi qoruyucu vasitələrin ətraf mühitə atılması ciddi çirklənməyə səbəb olur və nəticədə insan sağlamlığına zərərli təsir göstərir".
Ş.Mirzəzadə dünyada ölümlərin 23%-i və əlilliyin 22%-nin çirklənmə ilə əlaqədar olduğunu deyib. Bildirib ki, digər tərəfdən maskaların ətraf mühit atılması dolayısı yolla koronavirusun yayılması üçün də zəmin yaradır. Buna görə də koronavirusla mübarizədə əvəzsiz rola malik olan fərdi qoruyucu vasitələri doğru şəkildə istifadə etmək və daha sonra tullantı qablarına atmaq lazımdır. Bu həm pandemiya ilə mübarizədə, həm də ətraf mühiti çirklənmədən qorumaq üçün vacib əhəmiyyətə malikdir. Unutmamaq lazımdır ki, sağlam ətraf mühit sağlam insan deməkdir!
Bu bölməyə aid digər xəbərlər
COVID-19 təhlükəsi tam aradan qalxmayıb - Risk qrupunda olanlar diqqətli olmalıdır
14.10.2026 | 10:28
Qripdən sonra ürəyi dayanan 8 yaşlı J-Pop ulduzunun ölümü miokarditin təhlükəsini gündəmə gətirdi
08.10.2026 | 15:33
Heyvanlardan keçən yeni koronavirus aşkarlanıb
23.09.2026 | 12:00
COVID-19 beyində iz buraxdı: Pandemiyadan 5 il sonra narahatedici təsir üzə çıxıb
13.09.2026 | 09:49
Akademik: Pandemiyanın astanasındayıq
07.09.2026 | 12:53
ABŞ-da hərbçilərin ölümündə COVID-19 vaksinlərinin rolu araşdırılır
04.09.2026 | 09:44
COVID-19 Epşteyn-Barr və herpes viruslarını yenidən aktivləşdirə bilər - TƏDQİQAT
27.08.2026 | 07:15
Son 1 həftədə COVID-19-dan 14 nəfər ölüb - Dövlət yoluxmaları artırdı
12.08.2026 | 11:46
"Chandipura" virusu narahatlığı - Müdaxilə qrupu səfərbər edilib
10.08.2026 | 09:33
Konqoda Ebola epidemiyası böyüyür - Virusun mutasiyaya uğraması ehtimalı araşdırılır
08.08.2026 | 10:47
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
17.10.2026 | 14:26

