Boğaz ağrısı zamanı nə etməli?
26.11.2020 14:58

Qış aylarında insanlar tez-tez kəskin respirator xəstəliklərə tutulur. El arasında bu xəstəlikləri "soyuqdəymə" adlandırırlar.

Aztibb.az xəbər verir ki, soyuqdəymə xəstəliklərinin qarşısını almaq üçün düzgün və faydalı qidalanma, kifayət qədər yuxu və fiziki aktivlik, vitamin-mineral komplekslərin qəbulu (həkim təyinatı ilə)  lazımdır. Ümumiyyətlə, qış aylarında havanın soyuduğu zaman özünü göstərən narahatlıqlardan başlıcası boğaz ağrısıdır. Yanma, ağrı və quruluq boğazda görülən digər şikayətlərdir. Adətən boğaz ağrıları 2-3 gün ərzində yox olarkən, bəzən də  çox irəliləyir və ciddi sağlamlıq problemləri yaradır. Hətta faringit və bronxit kimi xəstəliklərin yaranmasından xəbər verir. Boğazdakı problem, badamcıqların  şişməsi ilə görülür. Badamcıqların şişməsi və qızarması əslində, ağızın arxa hissəsindəki yumşaq toxumada ağrıya səbəb olur. Bu isə udqunma və danışma zamanı çətinlik yaradır.

 

Boğaz ağrısının səbəblərin arasında digər xəstəliklərin simptomları yatır. Ağrının ümumi səbəbi isə viruslardır. Soyuqdəymə olaraq təyin etdiyimiz xəstəliklər, ümumiyyətlə, boğaz ağrısı ilə özünü göstərir. Əsasən mövsümi keçid zamanı və soyuqdan bədənin müqavimətsiz qaldığı zaman meydana gəlir. Boğaz ağrısı şikayətləri, qızılca, su çiçəyi kimi xəstəliklərdə də görülür. Həmçinin, bakterial infeksiyalar da boğaz ağrısına səbəb olur. Əgər boğazda infeksiya varsa, o zaman bu əlamətlər görülə bilər: boğazda yanma, quruluq, şişkinlik, ağız dadının dəyişməsi, ağızdan iy gəlmə, qızdırma, tərləmə, baş ağrısı və s.

 

Boğaz ağrısı zamanı bunlara diqqət etmək vacibdir: 

- Boğazınızı nəmli saxlayın.

- Bol su için.

- Çox danışmayın (Boğaz yorularsa, daha çox qıcıqlanmaya səbəb olar).

- Spirtli içki və siqaretdən uzaq durun.

- Kofein tərkibli içkilərdən uzaq olun.

- Ət və toyuq şorbası içmək məsləhətdir.

 

Öskürək və zökəm zamanı inhalyasiyalar da yaxşı təsir edir. Bir neçə kartofu qabıqlı halda bişirib suya evkalipt bitkisinin yarpaqları və 1 damcı ağ şam ağacı yağı əlavə edin. Sonra başınızı dəsmalla örtüb qazanın üzərində bir qədər nəfəs alın (çalışın ki, selikli qişalarınız yanmasın).

 

Boğaz ağrısı zamanı boğazınızı duz (1 stəkan ilıq su + 1 ç.q. duz) və ya soda (1 stəkan ilıq su + 1 ç.q. soda) qatılmış su ilə yaxalayın. Belə məhlullar mikrobları və virusları məhv edir, iltihabla mübarizə edir. Bundan əlavə, boğazınızı ot dəmləmələri (çobanyastığı, evkalipt, adaçayı) ilə yaxalaya bilərsiniz. Boğazınızı gün ərzində 3-4 dəfə yaxalayın.

 

Zökəm zamanı burnunuzu yod-duz məhlulu ilə yumaq olar (1/2 stəkan su + 2-3 damcı yod + qaşığın ucunda duz). Bu məhlulla burnunuzu gündə 3-4 dəfə yuyun.

 

Bütün bu tədbirlərə baxmayaraq, sizin vəziyyətiniz yaxşılaşmırsa və ya daha ağırlaşırsa, həkimə müraciət etmək məsləhət görülür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama