Uşaqların immun sistemi böyüklərə nisbətən zəif olduğu üçün... – Həkim-pediatr azyaşlılarda koronavirus xəstəliyindən danışdı
27.07.2020 10:27

COVID-19 pandemiyasının dünyanı cənginə aldığı ərəfədə valideynləri ən çox narahat edən məsələlərdən biri də azyaşlıları koronavirusdan qorumağın yolları və bu virusun uşaqlar üçün nə dərəcədə təhlükəli olmasıdır.

 

Aztibb.az-ın bu məsələ ilə bağlı suallarını uzman pediatr-neonatoloq Elşad Şıxəliyev cavablandırıb.

 

- COVID-19 virusu uşaqlar üçün nə dərəcədə təhlükəlidir?

 

- Ümumiyyətlə COVID-19 insanlarda əsasən qızdırma, burun axıntısı, öskürək, təngənəfəslik, əzələ ağrıları və bəzən də ishal ilə özünü göstərir. Dünya ölkələri üzrə aparılmış statistikaya görə, uşaqlarda koronavirusa yoluxma halına 1-5% rast gəlinir. Onların əksəriyyəti xəstəliyi simptomsuz (4%) və ya yüngul-orta formada (90%) keçirir.  Böyük yaş qrupu ilə müqayisədə uşaqlar arasında yoluxma faizi az olduğuna görə, bu məsələ ilə bağlı məlumatlar hələ də teorik səviyyədədir. Azyaşlılarda bu virusun yüngül keçməsi təbii ki bizi arxayın etməməlidir.

 

- Hansı uşaqlar risk qrupuna daxildir?

 

- 1 yaşına qədər olan uşaqlar daha çox risk altındadır. Bundan əlavə, təsdiqlənmiş xroniki xəstəliyi olan azyaşlıların da bu xəstəliyi ciddi şəkildə keçirdiyi məlumdur. Eləcə də xroniki ağciyər xəstəlikləri, orta və ciddi astma, ürək qüsurları, immun çatışmazlığı olan, yaxud hər hansı xəstəliklə əlaqədar steroid dərman qəbul edən uşaqlar da yüksək risk qrupuna aiddir.

 

- Uşaqlar bu xəstəliyi nə üçün çox vaxt yüngül və ya simptomsuz keçirir?

 

- Təəssüf ki, bu sualın dəqiq cavabı dünya pediatriyasına hələ də məlum deyil. Lakin bir nəzəriyyəyə görə, səbəblərdən biri uşaqlarda tənəffüs yollarında virusların yapışa bilməsi üçün reseptorların hələ tam inkişaf etməməsidir. Buna görə də virus tənəffüs yollarında kolonize olub, çoxala bilmədən xaric olur.

 

Digər bir nəzəriyyədə bildirilir ki, əslində xəstəliyin pisləşməsi üçün şərait yaradan elə insanın öz immun sisteminin virusa həddindən artıq reaksiya verməsidir. Belə ki, vücudumuz virusu öldürməyə çalışarkən bəzən “sitokin fırtınası” dediyimiz hal yaranır ki, bu da ağciyər hüceyrələrimizə zərər verir, nəticədə təngnəfəslik yaranır.

 

Uşaqların immun sistemi böyüklərə nisbətən zəif olduğu üçün “sitokin fırtınası” da zəif  olur və eyni mexanizmə görə də az zərər verir.

 

- Azərbaycanda uşaqların bu virusa yoluxması ilə bağlı vəziyyət necədir?

 

- Bugünədək ölkəmizdə uşaqların koronavirusdan ölümü halına rast gəlinməyib. Bu məsələ ilə bağlı rəsmi statistika yoxdur.

 

- COVID-19 xəstəliyini keçirmiş bir hamilə qadın və ya süd verən ana virusu uşağa ötürə bilərmi?

 

Bu sualın cavabı hazırda tibb elminə dəqiq məlum deyil. Lakin aparılan tədqiqatlar və statistikalar göstərir ki, uşaq ana bətnindəykən bu virusa yoluxmur.  

 

Laktasiya dövründə isə təbii ki, yaxın təmas səbəbindən virusun körpəyə keçmə ehtimalı mövcuddur.

 

- Uşaqları COVID-19-dan maksimum qorumaq üçün nə məsləhət görürsüz?

 

- Koronavirusdan qorunmaq üçün əsas şərt ümumi gigiyena qaydalarına əməl etməkdir. Uşaqlara əlləri tez-tez yumaq vərdişini aşılamaq, sosial məsafəni qorumaq, maska taxmaq vacibdir.

 

Təbii ki, uşaqları bu virusdan uzaq tutmaq üçün qidalanma və yuxu rejiminə də diqqət edilməlidir. Müəyyən qədər C, B12, D3 vitamini və sink dəstəyi almaq da immunitetin gücləndirilməsinə kömək olar.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
30 ildən çox dondurulmuş embriondan doğulan körpə artıq bir yaşındadır
“Qızıl yaşlar” təşəbbüsündə fəallıq göstərən könüllülər təltif olunub
Tədris Cərrahiyyə Klinikasında xəstəyə uğurla laparoskopik xolesistektomiya əməliyyatı icra olunub
 Respublika Klinik Xəstəxanasında qida borusu törəməsi ilə bağlı uğurlu əməliyyat    
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
Gigiyena qaydalarına əməl olunması məktəb və digər kollektivlərdə infeksiyaların yayılmasının qarşısının alınmasında əhəmiyyətlidir
Gecə ürəkdöyünmə ilə oyanmaq hansı səbəblərdən qaynaqlana bilər?
 Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib