ABŞ-da iflicli xəstələrin ünsiyyətinə imkan verən yeni sistem hazırlanıb - Beyin-kompüter interfeysi
22.09.2026 08:19

ABŞ Milli Sağlamlıq İnstitutunun (NIH) dəstəklədiyi tədqiqat çərçivəsində iflicli xəstələrin həm danışıq, həm də bədən hərəkətlərini eyni vaxtda rəqəmsal şəkildə ifadə etməsinə imkan verən beyin-kompüter interfeysi hazırlanıb.

Aztibb.az "TRT Haber"ə istiandən yazır ki, Kaliforniya Universitetində aparılan araşdırmada alimlər üç iflicli xəstənin beyin siqnallarını maşın öyrənməsinə əsaslanan sistem vasitəsilə rəqəmsal mühitdəki virtual avatara ötürə biliblər.

Xüsusi kabellər vasitəsilə xəstələrin beynindən alınan danışıq və hərəkətlərlə bağlı siqnallar eyni vaxtda emal edilərək virtual personaja ötürülüb. Sistem xüsusilə amiotrofik lateral skleroz (ALS) kimi ağır hərəkət məhdudiyyətləri yaradan xəstəlikləri olan insanların daha sürətli ünsiyyət qurmasına imkan verə bilər.

Danışıq və hərəkətlər eyni vaxtda ötürülür

Əvvəlki beyin-kompüter interfeyslərində danışıq və ya bədən hərəkətlərinin ayrıca ötürülməsi mümkün olsa da, tədqiqatçılar yeni sistemin hər iki funksiyanı eyni vaxtda həyata keçirən ilk sistem olduğunu bildirirlər.

Alimlər hazırda texnologiyanın simsiz versiyası üzərində də işləyirlər. NIH rəhbəri Debara Tucci yeni nəticələrin gələcəkdə ağır iflicli insanların ünsiyyət imkanlarının daha dolğun şəkildə bərpa olunmasına ümid verdiyini qeyd edib.

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
 Gəncə Şəhər Birləşmiş Xəstəxanasının bir qrup əməkdaşı “Gənc Tibb İşçilərinin Konfransı” layihəsində iştirak edib   
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub