Konqo Demokratik Respublikasında Eboladan ölənlərin sayı 967-yə çatıb  
21.07.2026 16:16

Konqo Demokratik Respublikasının beş əyalətində - Yuxarı Uele, İturi, Şimali Kivu, Cənubi Kivu və Tşopoda bu günə qədər 2 423 təsdiqlənmiş Ebolaya yoluxma halı qeydə alınıb.

 

Aztibb.az xəbər verir ki, bu barədə Konqonun Kommunikasiyalar və Media Nazirliyinin məlumatında bildirilib.

 

Qeyd edilib ki, 734 pasiyent təcriddə və ya stasionardadır, 469 nəfər sağalıb, 967 nəfər isə ölüb. Ölüm səviyyəsi 39,9 % təşkil edir.

"Xəstəliklə mübarizə tədbirləri gücləndirilir. Tibbi briqadalar xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə epidemioloji nəzarət, tibbi yardımın göstərilməsi üzrə tədbirləri davam etdirirlər", - məlumatda bildirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev