Kimya İnstitutunun əməkdaşı Fransada keçirilən beynəlxalq yay məktəbində iştirak edib    
15.07.2026 16:00

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun böyük elmi işçisi və dissertantı Samirə Süleymanova Fransanın Puatye şəhərində keçirilən “Yaşıl Kataliz üzrə I Beynəlxalq Yay Məktəbi” (“1st Summer School on Green Catalysis”) beynəlxalq yay məktəbində iştirak edib.

 

Bu barədə Aztibb.az-a Kimya İnstitutundan məlumat verilib.

 

Bildirilib ki, o, Yay məktəbi çərçivəsində “Tərkibində dəmir olan alüminium əsaslı katalizatorların iştirakı ilə ultrasəs təsiri altında fenolun hidrogen peroksidlə dihidroksibenzollara maye fazalı hidroksilləşdirilməsi: kolloid - kimyəvi xüsusiyyətlər, deaktivləşmə və Lyapunov sabitliyi” mövzusunda poster məruzəsi ilə çıxış edib.

 

Yay məktəbi zamanı Puatye Kimya İnstitutunun Materiallar və Təbii Ehtiyatlar üzrə Tədqiqat Mərkəzinə təşkil olunmuş elmi səfər iştirakçılara yaşıl kataliz sahəsində aparılan müasir akademik tədqiqatlarla yaxından tanış olmaq imkanı yaradıb. Səfər çərçivəsində iştirakçılar əldə olunan elmi nəticələrin praktiki tətbiqi, eləcə də innovativ texnologiyaların inkişaf istiqamətləri haqqında ətraflı məlumat əldə ediblər.

 

Qeyd edək ki, Samirə Süleymanova beynəlxalq yay məktəbində iştirakı Kral Kimya Cəmiyyətinin elan etdiyi “Tədqiqatçıların İnkişafı və Səfər Qrantı” çərçivəsində baş tutub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır