QM peyvəndi qızılca və məxmərək infeksiyalarına qarşı tətbiq olunan peyvənddir
14.07.2026 08:08
Qızılca kəskin yoluxucu virus xəstəliyidir. Bu xəstəliyə yoluxma bütün yaş dövrlərində rast gəlinir, 5 yaşa qədər olan uşaqlar arasında daha tez-tez müşahidə olunur. Virus orqanizmə hava damcı yolu ilə daxil olur. Törədicinin giriş qapısı yuxarı tənəffüs yollarının selikli qişasıdır. Xəstəlik zamanı ümumi intoksikasiya, yuxarı tənəffüs yollarının katarı, populyoz, ləkəli səpkilər meydana çıxır.
Aztibb.az Bakı Baş Səhiyyə Mərkəzinin məlumatına əsasən xəbər verir ki, xəstəliyin gedişi 3 mərhələdən ibarətdir: kataral, səpki, piqmentasiya. İnkubasiya dövrü 6-17 gündür.
Səpkilər ləkə şəklində meydana gəlir və mərhələli olaraq əvvəlcə üzə və döş qəfəsinin yuxarı hissəsinə, ikinci gün bütün gövdəyə və qollara, 3-cü gün isə bütün bədən səthinə yayılır.
Bəzən qızılca xəstəliyi çox ciddi ağırlaşmalara səbəb olur: Məsələn, pnevmoniya, ensefalit, korluq, hətta ölümlə nəticələnə bilər.
Xəstəliyin qarşısının alınmasının və ağır fəsadlarından qorunmağın əsas yolu qızılca xəstəliyinə qarşı istifadə olunan peyvənddir. Peyvənd olunmuş uşaq bu xəstəliyi ya keçirmir, ya da çox yüngül keçirir.
Məxmərək - səpkilər, qızdırma və limfadenopatiya (limfa düyünlərinin böyüməsi) yaradan bir infeksiyadır. Əsasən uşaqlıq yaşında keçirilir və ən ağır 3 gün davam edir. Xəstəliyin əvvəlində uşağın hərarəti bir qədər qalxır, ümumi zəiflik, bəzən burun tənəffüsünün çətinləşməsi, zökəm, öskürək əmələ gəlir, ənsə və arxa boyun limfa vəziləri böyüyür. İştahasızlıq, qızdırma, baş ağrısı baş verir. Daha sonra, əvvəlcə sifətdə, sonrakı bir neçə saat ərzində isə bütün bədənə yayılan qırmızımtıl ləkələr (ölçüləri 5–10 mm olan) şəklində səpgilər əmələ gəlir.
Xəstəlikdən qorunmağın ən əsas yolu peyvənd edilməsindən ibarətdir.
Bu bölməyə aid digər xəbərlər
Düz bağırsaq sallanması - Hansı əlamətlərə diqqət yetirmək lazımdır?
21.10.2026 | 13:31
Plastiklərdəki üç kimyəvi maddənin birgə təsiri xərçənglə əlaqəli genləri aktivləşdirir
21.10.2026 | 10:00
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

