Akademik: Yaxın illərdə beyin xəstəlikləri ən geniş yayılan sağlamlıq problemlərinə çevriləcək
14.07.2026 13:47

Yaxın illərdə beyinlə əlaqəli xəstəliklər dünyada ən geniş yayılan sağlamlıq problemləri sırasında ilk yerə çıxacaq.

 

Aztibb.az "İzvestiya" nəşrinə istinadən yazır ki, bu fikri Rusiya Elmlər Akademiyasının (REA) vitse-prezidenti, Rusiya Nevrologiya və Neyroelmlər Mərkəzinin direktoru, akademik Mixail Piradov səsləndirib.

O, "Rusiya və dünya: sağlam uzunömürlülük trendləri" forumunda çıxışı zamanı bildirib ki, hazırda neyroelmlər sahəsi elmi tədqiqatların əsas istiqamətlərindən birinə çevrilib.

Akademikin sözlərinə görə, artıq bu gün dünyada elmi jurnallarda dərc olunan hər on məqalədən biri beyin və sinir sistemi üzrə araşdırmalara həsr olunur. Bu da alimlərin beyin xəstəliklərinin qarşısının alınması və müalicəsinə artan diqqətini göstərir.

Mixail Piradov vurğulayıb ki, beyin zədələnməsi ilə bağlı halların 45 faizə qədəri erkən mərhələdə aşkar edilərək vaxtında müalicə olunduqda geri dönən xarakter daşıya bilər. Bu baxımdan erkən diaqnostika və profilaktik tədbirlər xüsusi əhəmiyyət kəsb edir.

Beyin insanın ömür uzunluğunu müəyyən edən əsas orqanlardan biridir. Beynin fəaliyyəti yalnız sinir sisteminə deyil, bütün orqanizmin funksiyalarına təsir göstərir. Sağlam həyat tərzi uzunömürlülüyü müəyyən edən ən vacib amillərdən biri olaraq qalır.

Bundan əvvəl alimlər bildiriblər ki, müntəzəm şəkildə həyata keçirilən qısa zehni məşqlər insanın idrak funksiyalarını və düşünmə qabiliyyətini istənilən yaşda, hətta 90 yaşdan yuxarı şəxslərdə belə yaxşılaşdıra bilər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev