Tərtər Rayon Mərkəzi Xəstəxanasında peyvəndlərin daşınması və saxlanması ilə bağlı maarfləndirici təlim keçirilib
21.06.2026 12:20
Tərtər Rayon Mərkəzi Xəstəxanasında tibb işçiləri, o cümlədən vaksinasyaya məsul şəxslər “Peyvəndlərin daşınması və saxlanması” mövzusunda təlimə cəlb olunub.
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, təlimdə Keyfiyyətə Nəzarətin İdarə Edilməsi üzrə mütəxəssis Zərintac Cümşüdova, Müəssisədaxili təlimlərin təşkili üzrə koordinator Yeganə Səfərova, pediatrlar, tibb bacıları iştirak ediblər.
 
Təlim zamanı həkim-pediatr Arzu Soltanova çıxış edərək peyvəndlərin effektivliyinin qorunması üçün “Soyuq Zəncir” sisteminin əhəmiyyəti, düzgün temperatur rejiminin təmin edilməsi, saxlanma və daşınma qaydaları, həmçinin bu sahədə yol verilə biləcək səhvlər və onların qarşısının alınması yolları barədə ətraflı məlumat verib.
 
Eyni zamanda, peyvəndlərin xüsusi termoçantalar vasitəsilə daşınması, temperaturun davamlı monitorinqi, peyvəndlərin dondurulmaması və istifadə müddətinə ciddi nəzarət olunmasının vacibliyi diqqətə çatdırılıb.
 
Təlim çərçivəsində praktik nümunələr göstərilib, iştirakçıların sualları cavablandırılıb və gündəlik fəaliyyətlərində qarşılaşdıqları çətinliklər müzakirə olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır