Anal sfinkter çatışmazlığının müalicəsi gecikdirilməməlidir - Proktoloq xəbərdarlıq edir
06.06.2026 08:13

 

Anal sfinkter çatışmazlığı və nəcisqaçırma fərdlərin həyat keyfiyyətinə ciddi dərəcədə mənfi təsir göstərən, lakin cəmiyyətdə çox zaman utanc hissi səbəbindən gizlədilən patologiyalardan biridir.

 

Aztibb.az xəbər verir ki, cərrah-proktoloq, endoskopist Anar Əliyevin sözlərinə görə, bu narahatlıq zamanı bağırsaq hərəkətlərini idarəetmə funksiyası zəifləyir və nəticədə pasiyentlər qaz və ya nəcisi saxlamaqda ciddi çətinliklərlə qarşılaşırlar.

 

Tibbi tədqiqatlar göstərir ki, xəstəliyin yaranmasında əsasən ağır doğuş travmaları, keçirilmiş cərrahi əməliyyat sonrası zədələnmələr, yaşla bağlı əzələ tonusunun zəifləməsi, nevroloji pozuntular və xroniki iltihabi bağırsaq xəstəlikləri mühüm rol oynayır.

 

Pasiyentlərin patoloji proses zamanı qarşılaşdıqları nəcis saxlaya bilməmək, nəzarətsiz qazqaçırma, daimi narahatlıq, gigiyenik problemlər və bunlara bağlı olaraq sosial həyatdan tamamilə uzaqlaşma kimi əlamətlərə qarşı son dərəcədə diqqətli olmaq tələb olunur.

 

Bir çox insan bu mövzuda danışmaqdan çəkinərək problemi illərlə gizlədir və ixtisaslaşmış həkimə müraciəti gecikdirərək vəziyyəti daha da ağırlaşdırır. Halbuki müasir proktologiyanın verdiyi imkanlar sayəsində xəstəliyin dəqiq diaqnostikası, eləcə də fərdi yanaşma ilə effektiv mühafizəkar və ya cərrahi müalicəsi tamamilə mümkündür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır