Virus infeksiyalarının qarşısının alınmasında effektiv təsirə malik - Antiviral dərman bitkiləri
25.07.2020 17:50

Virus infeksiyaları bəşəriyyət üçün böyük təhlükə yaradır. Geniş antiviral təsir göstərən dərman bitkiləri bu kimi infeksiyaların qarşısını almaqda effektiv təsirə malikdir.

 

Aztibb.az-a müsahibəsində AMEA Botanika İnstitutunun Etnobotanika laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva bildirib ki, qrip virusunun təbii inhibitorları çox qədimdən araşdırılır. Ötən əsrdə aparılan tədqiqatlar qrip virusunu inhibə edə biləcək fitokimyəvi maddələrin müəyyənləşdirilməsinə yönəldilib.

 

Mütəxəssis qeyd edib ki, son tədqiqatlara görə, alkaloidlər, flavonoidlər, qlükozidlər, polifenollar, saponinlər kimi müxtəlif fitokimyəvi maddələrlə zəngin olan birtkilərin qrip əleyhinə təsiri daha güclüdür.

 

Müsahib belə vasitələrdən biri olan bioaktiv qida əlavəsi və komponent kimi istehsal olunan, biyan ekstraktları əsasında hazırlanan “Glycyrrhizin” (Qlisirizin turşusu) barədə məlumat verib. Qeyd edib ki, onun koronaviruslara qarşı aktivliyi sübut olunub.

 

Alimin sözlərinə görə, hazırda Ağdaş rayonunda biyan məhsulları istehsal edən zavod fəaliyyət göstərir. Bu müəssisə “Glycyrrhizin” istehsalı üçün hər bir avadanlığa sahibdir. 

 

Laboratoriya müdiri əlavə edib ki, dünyada antiviral bitki kimi becərilən qırmızı hörümçək zanbağı növü də ölkəmizdə böyük plantasiyalarda becərilə bilər. Onun geniş spektrli antiviral effektlərə sahib olduğu barədə dünya praktikasında bir çox tədqiqatlara rast gəlinir.

 

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
“Həkimlərimizi tanıyaq!
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər