Yüngül və simptomsuz xəstələrin antibiotikdən istifadə etməsi qəti qadağandır
19.11.2020 12:29

Dünya ölkələrində yeni növ koronavirusla (COVID-19) əlaqədar statistikaya nəzər salsaq, onun hər yerdə sürətlə yayıldığını görərik. Hər ötən gün virusa yoluxanların sayında artım baş verir. Onun artmasının əsas səbəbi isə mövsüm dəyişikliyidir.

 

Bu barədə Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupunun üzvü Nailə Daşdəmirova məlumat verib. O, deyib: “Payız-qış mövsümündə kəskin respirator xəstəliklərin yayılmasının artımı dövrü sayılır. COVID-19 da kəskin respirator virus olduğuna görə bu artım gözlənilən idi. Hazırda qrip əleyhinə peyvəndləmə aparılır. Onun koronavirusa heç bir təsiri olmasa da, eyni zamanda xəstə həm qrip, həm də COVID-19-a yoluxarsa, peyvənd edilməsi xəstəliyin gedişatının yüngül keçməsinə səbəb ola bilər”.

 

Virusa yoluxanların artması ilə əlaqədar olaraq xəstəxanalarda çarpayı sayı məhdudlaşır. Ona görə kimlərin evdə müalicə olunması və hansı dərmanlar qəbul etməsi ilə əlaqədar işçi qrupun üzvü deyib: “Əsasən evdə müalicəyə yüngül simptomlu və simptomsuz xəstələr cəlb olunur və onlar Səhiyyə Nazirliyi tərəfindən bir paket dərmanlarla təmin edilirlər. Bura S, D vitaminləri, maqnezium, hərarəti aşağı salan “Parasetamol” və digər dərmanlar aiddir. Xəstədə hansı əlamət varsa həkim tərəfindən nəzarət edilir, yəni müalicələr tam fərdi xarakter daşıyır. COVID-19-un geniş yayılmasına baxmayaraq, onun letallıq dərəcəsi aşağıdır. Yəni yoluxanların əksəriyyəti onu yüngül formada keçirir. Ona görə də ev şəraitində nəzarət altında olanların əksəriyyəti sağalır”.

 

Bəzən evdə müalicə olan xəstələr həkim göstərişi olmadan antibiotiklərdən istifadə edirlər. “Virus infeksiyalarında, ümumiyyətlə antibiotikdən istifadə etməyin heç bir səmərəsi yoxdur. Antibiotiklərdən yalnız xəstəliyin ağır formalarında istifadə etmək olar. Əgər virusa, yəni sətəlcəm, otit və ya digər bakterial infeksiya qoşulursa onda antibiotikdən istifadə etmək lazımdır. Yüngül və simptomsuz xəstələrin antibiotikdən istifadə etməsi qəti qadağandır”, - deyə işçi qrupun üzvü bildirib.

 

Ev şəraitində müalicə alan xəstələri ən çox maraqlandıran məsələ onun sağalma müddətidir. Əgər 14 gün ərzində heç bir ağırlaşma yoxdursa, deməli, sağalma baş verib. Dərmanlar və vitaminli qidalarla yanaşı, sağalmanın ən səmərəli yollarından biri də düzgün qidalanma və psixoloji cəhətdən ruh yüksəkliyinin olmasıdır.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib
Yeni Klinika reabilitasiya xidmətlərini Almaniya təcrübəsi əsasında inkişaf etdirir
Unudulduğu düşünülən qızılca yenidən yayılma təhlükəsi yaradır
1 yaşlı uşaq üzərində uğurlu əməliyyat