Alimlər demensiyalı siçanlarda yaddaşı bərpa ediblər
21.05.2026 10:57

Fransa və Kanadadan olan tədqiqatçılar ilk dəfə göstəriblər ki, mitoxondrilərin funksional pozğunluğu neyrodegenerativ xəstəliklər zamanı koqnitiv problemlərə birbaşa səbəb ola bilər. Alimlər hüceyrələrin “enerji stansiyaları” hesab edilən mitoxondriləri müvəqqəti aktivləşdirməyə imkan verən alət yaradaraq demensiya əlamətləri olan siçanların yaddaşını bərpa ediblər. 

 

Aztibb.az xəbər verir ki, “Science Daily” nəşrinin məlumatına görə, alimlər mitoxondrilərdəki pozuntularla demensiya arasında əlaqəni sübut ediblər.

 

Fransa Milli Səhiyyə və Tibbi Tədqiqatlar İnstitutunun, Bordo Universitetinin və Monkton Universitetinin alimləri neyronlardakı mitoxondrilərin fəaliyyətini stimullaşdıran süni mitoDreadd-Gs reseptoru hazırlayıblar. Bu reseptor aktivləşdirildikdə demensiya simptomları olan siçanlarda yaddaş göstəricilərinin yaxşılaşdığı müşahidə olunub.

 

Tədqiqatın həmmüəllifi Covanni Marsikanonun sözlərinə görə, “bu araşdırma ilk dəfə olaraq mitoxondrial disfunksiya ilə neyrodegenerasiya simptomları arasında səbəb-nəticə əlaqəsini ortaya qoyub”.

 

Əvvəllər alimlər Alzheimer xəstəliyi zamanı mitoxondrilərdə problemlərlə neyronların məhvi arasında paralellik olduğunu bilsələr də, hansı prosesin əvvəl başladığı məlum deyildi. Yeni eksperiment göstərib ki, hüceyrələrin enerji təminatındakı pozuntu onların məhvinə qədər baş verə və yaddaşa birbaşa təsir göstərə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır