Sumqayıt Tibb Mərkəzində qanvermə aksiyası
15.05.2026 17:34
Sumqayıt Tibb Mərkəzinin (STM) təşkilatçılığı və Respublika Qan Bankının dəstəyi ilə növbəti qanvermə aksiyası keçirilib.
 
STM-dən Aztibb.az-a verilən xəbərə görə, Təcili Tibbi Yardım Xəstəxanasında təşkil olunan humanitar aksiyada mərkəzin direktoru Elnur Azadxanov, direktor müavinləri, struktur bölmə rəhbərləri, tibb personalı və digər əməkdaşlar olmaqla 200-ə yaxın şəxs könüllü şəkildə iştirak edib.
 
Aksiya zamanı xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanılıb, onlardan laborator analizlər götürülüb və tibbi müayinədən keçən şəxslərdən qan tədarük olunub.
 
Bildirilib ki, aksiyanın əsas məqsədi talassemiya, hemofiliya və digər xəstəliklərdən əziyyət çəkən, eləcə də qana ehtiyacı olan insanların müalicəsinə dəstək göstərməkdir.
Tədarük olunan qan və ondan hazırlanan preparatlardan müxtəlif xəstəliklərdən əziyyət çəkən pasiyentlərin müalicəsində istifadə olunacaq.
ÇOX OXUNANLAR
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
 AQTİ video-redaktor vəzifəsinə işçi axtarır   
Şirvan ŞMX-da üst çənə sinusunun kistasının xaric edilməsi əməliyyatı uğurla icra olunub
Beyləqanın Aşağı Çəmənli kənd sakinləri üçün səyyar tibbi müayinə təşkil olunub
Probiotiklərin orqanizmə təsiri nədir və hansı hallarda istifadəsi tövsiyə oluna bilər?
 Eyni gündə 3 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib   
 Qobustan RMX-nın Ərəbşalbaş kənd həkim məntəqəsində səyyar tibbi müayinələr təşkil olunub   
Türkiyənin yerli istehsalı olan süni ürək-ağciyər aparatı tətbiq edildi - 57 xəstədə uğurlu nəticə
Uroloq noutbukun gələcək atalar üçün əsas təhlükəsini açıqlayıb
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin təşkilatçılığı ilə şəhid ailələri üçün sağlamlıq aksiyasına start verilib
Autizmli qadınlarda menopauza əlamətləri narahatlıq və depressiv əlamətlərlə daha qabarıq müşahidə edilir - Araşdırma