ATU tələbələri Türkiyədə keçirilən “SAÜTTAT” beynəlxalq konqresində uğurla çıxış ediblər
11.05.2026 14:32

Azərbaycan Tibb Universitetinin (ATU) 6 tələbəsi Türkiyədə keçirilən “SAÜTTAT” (Sakarya Üniversitesi Tıp Fakültesi Tıbbi Araştırma Topluluğu) beynəlxalq konqresində universitetimizi uğurla təmsil edib. 

 

Bu barədə Aztibb.az-a ATU-dan bildirilib.

 

Müasir tibbdə ən maraqlı transformasiya olan “Fərdiləşdirilmiş Tibb. Səhiyyədə Paradiqma Dəyişikliyi” mövzusu altında təşkil edilən konqresdə ATU tələbələri elmi poster və təqdimatlarla çıxış edərək, universitetimizin akademik potensialını beynəlxalq platformada nümayiş etdiriblər.

 

Beynəlxalq tədbir boyunca biomarkerlərin kəşfi və genomik profilləşdirmə, süni intellektlə dəstəklənən diaqnostika metodları və məqsədyönlü farmakoloji müdaxilələrə qədər geniş spektrdə fərdiləşdirilmiş səhiyyənin gələcəyini müzakirə edilibi. Məqsəd xəstələrin həyat keyfiyyətini yaxşılaşdıracaq bu inqilabi yanaşmanın elmi əsaslarını hərtərəfli araşdıraraq nəzəri bilikləri klinik təcrübə ilə bir araya gətirməkdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır