ATU-nun Onkoloji Klinikasında rezidentlər üçün növbəti seminar keçirilib
02.05.2026 14:31
Azərbaycan Tibb Universitetinin Rezidentura və Magistratura şöbəsi və Onkoloji Klinikasının birgə təşkilatçılığı ilə rezidentlər üçün "Uşaqlıq boynunun xərçəngönü və xərçəng xəstəliklərinin erkən diaqnostikası, müasir müalicə üsulları və profilaktikası" və "Yumurtalıq xərçəngi - müasir yanaşma" mövzularına həsr olunan seminar keçirilib.
Universitetdən Aztibb.az-a verilən məlumata görə, seminar zamanı dosent Tamara Quliyeva və Rezidentura və Magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov qadın cinsiyyət sistemi orqanlarının xərçəngönü və xərçəng xəstəliklərinin erkən diaqnostikası və profilaktikasının aktual məsələ olduğunu diqqətə çatdırıblar.
Onkologiya kafedrasının dosenti, onkoginekoloq Samirə Səfərova uşaqlıq boynunun xərçəngönü və xərçəng xəstəliklərinin erkən diaqnostikasının əhəmiyyətini vurğulayıb. O, xəstəliyin risk faktorları, skrininq üsulları, HPV və PAP Smer müyinələrinin aparılması ilə əlaqəli və müasir müalicə protokolları barədə danışıb.
Onkologiya kafedrasının doktorantı, baş laborant onkoginekoloq Leyla Əliyeva yumurtalıq xərçənginə müasir yanaşmalar mövzusunda təqdimatla çıxış edib. O, xəstəliyin epidemiologiyası, histoloji təsnifatı, klinik mərhələləri və erkən diaqnostikanın çətinlikləri haqqında ətraflı məlumat verib
Qeyd edək ki, seminarda müxtəlif ixtisaslar üzrə rezidentlər və Onkoloji Klinikanın heyəti iştirak edib.
Bu bölməyə aid digər xəbərlər
I Müalicə-profilaktika fakültəsinin Tələbə Elmi Cəmiyyətinə sədr seçilib
09.10.2026 | 15:51
ATU-da EBSCOhost-un elmi tədqiqat imkanları nümayiş etdiriləcək
09.10.2026 | 13:48
Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsində I kurs tələbələri ilə görüş keçirilib
08.10.2026 | 15:34
ATU əməkdaşı III ADA-TKTA Simpoziumunda iştirak edib
07.10.2026 | 16:22
Gələcək stomatoloqlarla klinik fəaliyyət və davamiyyət müzakirə edildi
06.10.2026 | 16:56
ATU tələbələri idman meydanında: qaliblər mükafatlandırılıb
06.10.2026 | 11:54
ATU tələbəsi Cənubi Koreyada beynəlxalq tədqiqat proqramında Azərbaycanı uğurla təmsil edib
05.10.2026 | 09:13
ATU -da II MPF TEC üzrə yeni tədris ili üçün elmi fəaliyyətin prioritetləri müəyyənləşdirilib
04.10.2026 | 13:00
ATU rezidenti Vyanada EADV-nin 35-ci illik konqresində iştirak edib
04.10.2026 | 10:58
ATU professoru FDI Ümumdünya Stomatoloji Konqresində Azərbaycanı təmsil edib
03.10.2026 | 16:58
ÇOX OXUNANLAR
LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb
30.09.2026 | 15:57
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
06.10.2026 | 13:49
"Həkimlərimizi tanıyaq!" rubrikası təqdim edir: Aynurə Əliyeva
01.10.2026 | 16:44
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
05.10.2026 | 11:31
Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib
01.10.2026 | 15:26
Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
03.10.2026 | 09:16
“Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
01.10.2026 | 11:49
Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”
02.10.2026 | 12:07
Diabet və böyrəklər: səssiz təhlükə
02.10.2026 | 11:23
Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir
03.10.2026 | 17:27
Oromandibulyar distoniya nədir?
03.10.2026 | 15:49
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
04.10.2026 | 14:34
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
03.10.2026 | 13:16
ATU nümayəndəsi Afinada keçirilən beynəlxalq pediatriya konqresində elmi təqdimatla çıxış edib
02.10.2026 | 10:56
Gəncədə "Tibb işçilərinin peşəkar davranış qaydaları" mövzusunda maarifləndirici təlimlər davam etdirilir
02.10.2026 | 16:54

