Azərbaycan Tibb Universitetinin tələbələri AQTİ-də praktik məşğələlər keçirlər  
03.05.2026 09:52
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) müxtəlif ali təhsil müəssisələri ilə daim sıx əməkdaşlıq edərək qida təhlükəsizliyi sahəsində gənc mütəxəssislərin formalaşdırılması və peşəkar kadrların hazırlanması istiqamətində öz fəaliyyətini davam etdirir.
 
AQTA-dan Aztibb.az-a bildirilib ki, bu əməkdaşlıq çərçivəsində AQTİ və Azərbaycan Tibb Universitetinin (ATU) rəhbərliyinin birgə təşəbbüsü ilə ATU-nin İctimai səhiyyə fakültəsinin üçüncü və beşinci kurs tələbələri müəyyən olunmuş vaxtlarda AQTİ nəzdində fəaliyyət göstərən laboratoriyalarda “Yeyinti məhsullarının sanitariya-gigiyena ekspertizası” mövzusunda praktik məşğələ dərsləri keçirlər.
 
Tələbələrə AQTİ-nin fəaliyyəti, ölkəmizdə qida təhlükəsizliyi istiqamətində görülən işlər haqqında geniş məlumat verilir, keçilən mövzulara uyğun olaraq laboratoriyada mütəxəssislər tərəfindən müxtəlif müayinələr nümayiş etdirilir, tələbələrin praktik məşğələlərdə şəxsən iştirakına şərait yaradılır ki, bu, əldə edilən nəzəri və təcrübi biliklərin daha da möhkəmlənməsinə imkan verir.
 
Təcrübə proqramında müasir beynəlxalq metod və cihazlarla tanış olan tələbələrə yaradılan şərait və dərslərin əyani, sual-cavab və müzakirə formatında keçirilməsi onların dərslərə olan marağını daha da artırır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır