Səhiyyə Nazirliyi Zəngilan və Cəbrayıl rayonlarında əhali üçün kardioloji müayinələr təşkil edib
08.05.2024 15:02

Səhiyyə Nazirliyi “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Proqramı çərçivəsində vətəndaşlar arasında müxtəlif istiqamətlərdə kompleksli tibbi müayinələr, eyni zamanda sağlamlığın təşviqi ilə bağlı maarifləndirici aksiyaların keçirilməsini davam etdirir.

 

Nazirlikdən Aztibb.az-a verilən məlumata görə, növbəti belə tədbir mayın 8-də baş tutub. Aksiya zamanı Səhiyyə Nazirliyi akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) tibb heyəti tərəfindən Zəngilan rayonun Ağalı kəndində əhali üçün kardioloji müayinələr təşkil edilib. Həmçinin, İnstitutun təcrübəli həkimləri tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində də əhalinin tibbi müayinələri keçirilib.

 

Tədbirin əsas məqsədi vətəndaşları ürək-damar sistemi xəstəliklərinin qarşısının alınması, miokard infarktı riskinin erkən aşkarlanması və müalicələrin təyin edilməsidir.

 

Aksiya çərçivəsində ETKİ-nin kardioloq, nevropatoloq, endokrinoloq, tibb bacısı və laboratoriya üzrə mütəxəssislərindən ibarət briqadası tərəfindən əhaliyə tibbi baxış aparılıb, ExoKQ, EKQ müayinələri keçirilib. Eyni zamanda, qanda şəkər, ekspres üsul ilə xolesterinin səviyyəsi təyin olunub.

 

Tədbirdə iştirak edən Ağalı və Cocuq Mərcanlı kəndlərinin əhalisinin müayinəsi zaman səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicə təyin olunub.

 

Aksiya zamanı Ağalı kəndində 250-ə yaxın, Cocuq Mərcanlı kəndində isə 150-dən artıq vətəndaş müayinələrdən keçirilib. Ehtiyacı olan vətəndaşlara isə paytaxta invaziv müayinə üçün göndərişlər verilib.

 

İnstitutun direktoru, professor Gülnaz Dadaşova ətraflı təqdimatla çıxış edib. Direktorun sözlərinə görə, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda ürək-damar sistemi xəstəliklərinin ölkə üzrə milli epidemioloji registri hazırlanır. Bu səbəbdən, işğaldan azad olunmuş ərazilərdə aparılan müayinələr xüsusi əhəmiyyət kəsb edir və əldə olunan nəticələr milli registrə əlavə olunacaq. Registrin yaradılması respublikada ürək-damar sistemi xəstəliklərinin qarşısını almağa, erkən diaqnostika və statistik araşdırılmasına imkan və bu artımın azaltmağa zəmin yaranacaq.

 

Eyni zamanda, tədbirdə yerli əhaliyə ürək-damar xəstəlikləri və onların profilaktikası haqqında faydalı məlumatlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.

 

Müayinələrdən sonra sağlam həyat tərzinin təşviqi ilə bağlı, eyni zamanda yüksək təzyiq və ürək tutması zamanı ilk tibbi yardımın göstərilməsinə dair Zəngilan və Cəbrayıl ictimaiyyəti üçün maarifləndirici tədbir təşkil olunub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses  
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşı Çində beynəlxalq seminarda iştirak edir
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub  
 Qusarda Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin 13-cü Regional Konfransı keçirilib   
Xəstəxanadaxili infeksiyaların qarşısının alınması səhiyyə xidmətinin keyfiyyətinin əsas prioritetlərindən biridir