Göz önündə uçuşan qara nöqtələr və ləkələr - Oftalmoloq səbəbləri və müalicəsindən danışdı
09.04.2024 18:11

Göz önündə uçuşan qara nöqtələr, xətlər və ləkələr şikayəti tez-tez rast gəlinən şikayətlərdəndir. Bu vəziyyətin harada və necə yaranmasını anlamaq üçün göz almasının quruluşunu başa düşmək lazımdır. Göz almasının daxilində büllurla torlu qişa arasında gözün 5/6 hissəsini təşkil edən boşluq var və bu boşluğu şüşəvari cisim adlanan şəffaf maddə doldurur.

Aztibb.az xəbər verir ki, oftalmoloq Emin Əlihüseynlinin sözlərinə görə, hər bir insanda bu vəziyyət müşahidə oluna bilər.

Həkim qeyd edib ki, gənc yaşlarda tamamilə şəffaf və homogen olan şüşəvari cisim insan yaşlandıqca qatılaşır. Bu zaman şüşəvari cismin tərkibində nöqtəvari, sapvari və hörümçək toruna bənzər destruksion dəyişikliklər inkişaf etməyə başlayır.

Ona görə mavi səmaya, və ya ağ rəngli divara baxan zaman insanlar nöqtəvari, sapvari və hörümçək toruna bənzər ləkələr görə bilərlər. Bu ləkələr göz alması hərəkət edən zaman şüşəvari cismin içərisində üzdküləri üçün hərəkətlidirlər. Ona görə onların arxasınca baxmağa çalışdığımız zaman gözümüzün qabağından qaçırlar. Miopiyası olan şəxslərdə bu vəziyyət daha gənc yaşlarda müşahidə edilir. Orta yaşlı şəxslərdə isə bu təbii yaşlanma prossesinin nəticəsi olaraq gözdə inkişaf edir.

“Yaşa dolduqca şüşəvari cisim gözün kökündə görmə siniri məməciyinin ətrafına birləşdiyi yerdən qopa bilər. Bu zaman xəstələr göz önündə üzən tam, və ya yarım həlqədən, hörümçək torundan, zərif kalağayıdan, və ya kimin fantaziyası daha zəngindirsə, müxtəlif cür izah edəcəyi kölgəliklərdən şikayət edirlər. Bu həlqə elmi dildə Weiss halqası adlanır. Bu vəziyyətlər normal qəbul edilir və görmənin zəifləməsinə, və ya itirilməsinə səbəb ola biləcək hallar kimi qiymətləndirilmir. Ancaq bəzi şəxslərdə şüşəvari cisim tor qişadan ayrılan zaman tor qişanı çəkməyə başlayır. Bu zaman xəstələr göz önündə işıq çaxmalarından, qığılcımlardan, göz önündə şimşək çaxmadan şikayət edirlər”, - deyə həkim vurğulayıb.
Əgər tor qişadan rahat ayrıla bilməyən şüşəvari cisim qopduğu yerdə tor qişanın tamlığını pozarsa, bu zaman tor qişada yaranmış dəlikdən tor qişanın altına maye toplanaraq onun qopmasına səbəb ola bilər. Bu isə kifayət qədər ciddi vəziyyət olub, vaxtında qarşısı alınmadıqda görmənin itirilməsinə səbəb ola bilər. Buna görə də göz önündə qəfil yaranan uçuşan qara nöqtələr, qığılcım, və ya şimşək çaxması olan zaman mütləq göz həkiminə müraciət edib, göz dibi müayinəsindən keçmək lazımdır.

Vaxtında aşkarlanan tor qişa dəlikləri və yırtıqları çox sadə lazer prosedurunun vasitəsilə tor qişaya pərçimlənərək, tor qişanın qopmasının və gələcəkdə görmənin itirilməsi riskindən xəstəni azad etmiş olar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev