ATU əməkdaşının ixtirası beynəlxalq patent alıb
07.04.2024 18:42

Azərbaycan aliminin protez bazisində anatomik relyefin formalaşdırılması üsulu beynəlxalq səviyyədə patent alıb. Azərbaycan Tibb Universitetinin (ATU) Ortopedik stomatologiya kafedrasının assistenti, t.ü.f.d. Yuris Bayramovun müəllifi olduğu elmi-tədqiqat işi beynəlxalq Avrasiya patenti qazanıb.

 

Universitetdən verilən xəbərə görə, ATU-nun Tədris Stomatoloji Klinikası və Ortopedik stomatologiya kafedrasının dəstəyi ilə yerinə yetirilən “Üst çənə tam çıxarılan lövhəli protezinin anatomik relyefinin formalaşdırılması üsulu” adlı  tədqiqat işi bu sahədə yenilikdir. İkincili tam adentiyanın əsas ortopedik müalicə üsulu tam çıxarılan lövhəli protez hazırlanmasıdır. Hazırlanmış tam çıxarılan lövhəli protezi pasiyentin istifadəsinə təhvil verdikdən sonra vaxt keçdikcə protezlərə aid şikayətlər söylənilir. Bu şikayətlərdən ən əsası protezi istifadə etdikcə dadbilmə qabiliyyətinin azalması göstərilir. Müxtəlif ədəbiyyat mənbələrində qeyd olunan şikayətlər pasiyentin fizioloji qocalması və qazanılmış sistemik xəstəlikləri ilə əlaqələndirilir.

 

Ancaq məlum ənənəvi üsulla üst çənəyə hazırlanmış tam çıxarılan lövhəli protez sahəsinin relyefi protez bazisinin içəri səthində qalır. Protez bazisinin bayır səthi isə cilalanıb pardaqlanmış hamar səth şəklində olur. Çünki istənilən funksiya yerinə yetirildikdə, dil həmin nahiyəyə söykənir. Bizim təkmilləşdirilmiş üsulda isə palatinal sahə relyefi eyni ilə protezin bayır palatinal sahəsində də əks olunur və vizual olaraq görünür. Ön palatinal hissədə yerləşən qırışlar dilin üzərindəki dadbilmə məməciklərini təmizləyərək qıcıqlanmasına səbəb olur. Bu isə, öz növbəsində, dilin üzərindəki məməciklərin atrofiyasını ləngidir və dadbilmənin pozulmasının qarşısını alır.

 

Beləliklə, tədqiqat işi qeyd olunan problemi aradan qaldıracaq və bundan əziyyət çəkən pasiyentlər üçün faydalı olacaq.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev