Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans təşkil olunub
29.03.2024 10:22
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu tərəfindən Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib.
 
Tədbirdə Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB-in rəsmiləri, Milli Məclisin deputatları, aidiyyəti vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və digərləri iştirak ediblər.
 
Nazirlikdən Aztibb.az-a bildirilib ki, vvəlcə “Stop Vərəm” Tərəfdaşlığının (“Stop TB” Partnership) icraçı direktoru Luçika Ditiunun tədbir iştirakçılarına ünvanladığı videomüraciəti təqdim edilib.
 
Tədbirdə çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov qeyd edib ki, elmi-praktik konfransın məqsədi ölkəmizdə və dünyada vərəm ilə bağlı mövcud vəziyyətinin müzakirəsi, bu problemə diqqəti yönəlməsidir çəkməsidir.
 
N.Zeynalov bildirib ki, respublikamızda vərəm əleyhinə xidmət Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun nəzdində fəaliyyət göstərən Milli Vərəm Proqramı Mərkəzi tərəfindən həyata keçirilir: “Bu gün vərəmin diaqnostikası bakterioloji tədqiqatlara əsaslanır və bu tədqiqatlar respublikada fəaliyyət göstərən Milli istinad laboratoriyasında müasir yanaşmaya uyğun olaraq sürətli molekulyar-genetik üsullar əsasında aparılır”.
 
Nazir müavinin sözlərinə görə, beynəlxalq mütəxəssislərin texniki dəstəyi ilə hazırlanan vərəmli xəstələrin aşkarlanması, müalicəsi və profilaktikası üzrə milli müasir protokollar, vərəmli xəstələrin cərrahi, uşaq və yeniyetmələrin, eyni zamanda ağciyərdən kənar vərəmin müalicəsi, Vərəm-İİV koinfeksiyalı xəstələrin reabilitasiyası və profilaktikası üzrə kliniki protokollar artıq Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilib, bu istiqamətdə aparılan işlər bu gün də davam etdirilir.
 
Öz çıxışlarında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov, ETAXİ-nin direktoru İradə Axundova və digərləri tədbirdə müzakirə olunan mövzuların vacibliyini vurğulayıblar. Həmçinin, Səhiyyə Nazirliyinin Milli Vərəm Proqramı çərçivəsində son 7 ildə xəstəliyə yoluxma dinamikasında müsbət dəyişikliklərin müşahidə olunması diqqətə çatdırılıb. Belə ki, əgər 2019-cu ildə vərəmlə xəstələnmə göstəricisi hər 100 000 nəfərə 36,5 idisə, 2023-cü ildə bu göstərici 27,9 olub. 2019-cu ildə ağciyər vərəmi xəstələri arasında VMB-nın (Vərəm Mikobakteriyası) aşkar olunması 81,8 faiz idisə, 2023-cü ildə bu göstərici 90 faizə çatıb. Uşaqlar arasında xəstəliyə yoluxma 2019-cu ildə 12,8 % olubsa, 2023-cü ildə bu göstərici 9,5 % təşkil edib. Bu azalma tendensiyası ölkədə ümumilikdə epidemioloji proseslərin stabilləşməsini göstərir.
 
Sonda geniş fikir mübadiləsi aparılıb, konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
ÇOX OXUNANLAR
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
Gözlərə nur bəxş edən fədakar həkim
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb 
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Nuranə Abbasova
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub
 Tibb müəssisələri arasında şəhid ailələrinin üzvlərinin işlə təmin olunması sayına görə Sumqayıt Tibb Mərkəzi ilk yerdədir   
Bütün şəhər və rayonlarda “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalanıb
Tərtər Rayon Mərkəzi Xəstəxanasının terapevti - Ülviyyə Əkbərova
Seminarda müasir ginekologiyada lazer texnologiyalarının rolundan bəhs olunub
11 aylıq körpə Mərkəzi Klinikada əməliyyat olunub
2 nömrəli Bakı Baza Tibb Kolleci Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib
Beynəlxalq Tibbi və Sağlamlıq Turizmi Sərgisinə pulsuz bilet əldə edin!