Damar yolu ilə serumda mikroplastik aşkar edilib
22.03.2024 15:38

Adana Çukurova Universiteti və Danimarka Roskilde Universitetinin akademikləri birgə araşdırmada tibbi müalicələrdə istifadə edilən zərdabları araşdırıb və 1 litrlik serumlarda 65 mikroplastik olduğunu müəyyən ediblər.


Aztibb.az “CNN Turk”ə istinadən xəbər verir ki, tədqiqat çərçivəsində bazarda satılan PVC və polipropilen qablaşdırılmış zərdablara baxış keçirilib və onların içərisində olan mayelərdə mikroplastiklərin olub-olmaması araşdırılıb. Təəccüblü nəticələr verən araşdırma, rəydən keçmiş, elmi və akademik jurnal olan “Environmental Toxicology and Pharmacology”də dərc olunub.


Apteklərdən müxtəlif növ qablaşdırmalarda olan zərdab mayeləri toplanıb.


1 il davam edən işin təfərrüatlarını paylaşan tədqiqatçılar araşdırma üçün bölgədəki apteklərdən müxtəlif növ qablaşdırmalarda zərdab mayeləri topladıqlarını bildirib: “Bu mayeləri xəstəyə verilmiş kimi filtrdən keçirdik və mikroplastik dediyimiz polimer və hissəciklərin filtrə yapışmasını inkişaf etmiş Raman analizi ilə təyin etdik.13 fərqli markadan aldığımız serum məhsullarında 1 litrdə 65 mikroplastik olduğunu gördük”.


Qan üzərində aparılan araşdırmada damarlardakı qan lövhələrindəki mikroplastiklərin infarkt riskini əhəmiyyətli dərəcədə artırdığı ortaya çıxıb:"Ancaq damarlarda nə qədər mikroplastik olduğuna dair heç bir araşdırma aparılmadı. Bu araşdırma ilə venadaxili olaraq verilən mayelərin birbaşa mikroplastik təsirə səbəb olduğunu göstərdik. Araşdırmanın sonundakı qiymətləndirmədə biz buna əsaslanaraq hesabladıq.


"Şüşə serumdan istifadə edilməlidir"


Tədqiqatçılar xüsusilə səhiyyə sektorunda plastikə məruz qalmanın azaldılmasının vacibliyini izah edib:


"Biz indi plastikin insanlarla və digər canlılarla bu qədər yaxın təmasda olması məsələsini yenidən düşünməliyik. Araşdırmalar göstərir ki, plastikin Parkinson, Alzheimer, demans, infarkt və şiş əmələ gəlməsi ilə ciddi əlaqəsi var. Biz bunu sadəcə olaraq düşünməməliyik. Plastik istehsalında istifadə olunan materiallar kimyəvi maddələrin müxtəlif xərçəng hadisələri və hormonal pozğunluqlarla birbaşa əlaqəli olduğu da açıqlanır. Xüsusilə tibbi müalicələrdə plastikdən istifadənin məhdudlaşdırılması və şüşə zərdabın olduğu qədər istifadə edilməsi məqsədəuyğun olardı. Bu ciddi testlər və nəzarətlər həyata keçirməklə mümkündür”.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşı Çində beynəlxalq seminarda iştirak edir
Mərkəzi Gömrük Hospitalının terapevti Mədəniyyət TV-nin “Səhərçağı” proqramına müsahibə verib
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Xəstəxanadaxili infeksiyaların qarşısının alınması səhiyyə xidmətinin keyfiyyətinin əsas prioritetlərindən biridir
Ağdərə rayonu Vəngli kəndində yaşayan sakinlərin səyyar tibbi aksiyası həyata keçirilib
Mərkəzi Klinikanın əməkdaşlarına Fəxri fərmanlar təqdim olunub
Xroniki bel ağrılarında müasir fizioterapiya yanaşmaları
Tədris Cərrahiyyə Klinikasında mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib
 Goranboy RMX-da könüllü qanvermə aksiyası keçirilib
 Yüksək riskli hamiləlik uğurla sonlandırıldı   
Beyləqan RMX-nın tabeliyindəki kənd həkim və kənd tibb məntəqələrinin işçiləri tərəfindən ev ziyarətləri davam etdirilir